"Qızımın ölümünə səbəbkar..." - Fərhad Mehdiyev qəzadan danışdı

"Qızımın ölümünə səbəbkar..." - Fərhad Mehdiyev qəzadan danışdı
17.06.2026 08:14

"Qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur. Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı-Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi".

TodayPress TV xəbər verir ki, bu sözləri vəkil, professor Fərhad Mehdiyev qızının ölümü ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin avtomobilin sağ zolağı da dolu olduğuna və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi.

"Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı.

Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobili sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da, hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn kimi qəlbimə yazılacaq".

Professor bildirib ki, o, yaxın qohumlarını torpağa versə də, övladını tez itirməsi ağırdır.

"Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrlıqda keçiririk. Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik. Səni çox istəyirəm Zəhra, gedişinin ağrısı uzun çəkəcək", - vəkil qeyd edib.

Xatırladaq ki, Fərhad Mehdiyevin qızı Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.

Məlumata görə, onun qızının idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 Bütün Xəbərlər