Qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri davam etdirilir

Qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri davam etdirilir
24.02.2026 16:32

Balıqçılıq və Akvakultura Mərkəzi balıq populyasiyalarının artırılması, akvakultura proseslərinin təkmilləşdirilməsi, su bioresurslarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı mübarizə istiqamətində tədbirləri davam etdirir.

TodayPress TV xəbər verir ki, mərkəzin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir, aşkarlanan qanun pozuntuları üzrə protokollar, aktlar və qərarlar tərtib olunur, iddialar qaldırılır, təbiətə dəymiş ziyan hesablanaraq müvafiq cərimələr tətbiq edilir.

2026-cı ilin yanvar və fevral ayları ərzində Mərkəz tərəfindən 13 qanunsuz balıq ovu faktı aşkarlanıb, 15 inzibati protokol tərtib edilib. Bu dövrdə 15 000 manat məbləğində inzibati cərimə tətbiq olunub, təbiətə 2 843,5 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

İcra olunmuş tədbirlər çərçivəsində Xəzər dənizi istiqamətində, Novxanı qəsəbəsi sahəsində 2 qanun pozuntusu faktı aşkarlanıb, inzibati qaydada protokollar tərtib edilərək 2 000 manat cərimə tətbiq edilib, ovlanan siyənək balığına görə təbiətə 132 manat ziyan dəydiyi hesablanıb.

Eyni zamanda Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qeydə alınmış fakt üzrə 1 000 manat cərimə tətbiq edilib, qarabel və siyənək balıqlarının qanunsuz ovlanmasına görə təbiətə 154 manat ziyan dəydiyi hesablanıb.

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində 6 fevral və 11 fevral tarixlərində aşkarlanan qanunsuz ov faktları üzrə hər birinə 1 000 manat olmaqla cərimələr tətbiq edilib, ovlanması qadağan olunmuş nərə cinsli 1 ədəd uzunburun və 3 ədəd bölgə və kütüm balıqlarına görə təbiətə ümumilikdə 1 424,5 manat ziyan dəyməsi müəyyən edilib.

Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi istiqamətində qeydə alınmış iki fakt üzrə hər biri üçün 1 000 manat cərimə tətbiq edilib, ovlanmış kütüm və siyənək balıqlarına görə ümumilikdə təbiətə 99 manat ziyan dəydiyi müəyyənləşib.

Mingəçevir su anbarının sağ sahilində, Samux rayonunun inzibati ərazisində aşkarlanan fakt üzrə 1 000 manat cərimə tətbiq edilib, sıf və daban balığı ovu nəticəsində təbiətə 242 manat ziyan dəydiyi müəyyənləşib.

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində keçirilmiş reyd zamanı qadağan olunmuş ov aləti olan elektrik cərəyanı ilə üç qanunsuz balıq ovlanması faktı aşkarlanıb, inzibati qaydada 5 protokol tərtib edilərək 5 000 manat cərimə tətbiq olunub. Müxtəlif balıq növlərinin qanunsuz ovlanmasına görə təbiətə 792 manat ziyan dəydiyi müəyyən edilib, qanunsuz ov alətləri maddi sübut kimi götürülüb.

Son günlər sosial şəbəkələrdə Neftçala rayonunun Mirqurbanlı kəndi ərazisində qanunsuz balıq ovu ilə bağlı paylaşılan məlumatlar yerində araşdırılıb. Aparılan yoxlamalar zamanı Neftçala rayonunun Mirqurbanlı kəndi ərazisindən keçən Baş Mil–Muğan kollektoru istiqamətində qanunsuz balıq ovu faktı aşkarlanıb, inzibati qaydada 2 protokol tərtib edilərək 2 000 manat cərimə tətbiq edilib.

Bununla yanaşı, Baş Mil–Muğan kollektorundakı vəziyyət nəzarətə götürülüb, qanunvericiliyə uyğun olaraq tədbirlər davam etdirilir.

Qeyd olunan pozuntular və dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciətlər olunmaqdadır.

TodayPress TV

ФОТО

Qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri davam etdirilir — 1
Qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri davam etdirilir — 2
Qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri davam etdirilir — 3
Qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri davam etdirilir — 4
ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Все новости