Prokuror Azər Qasımlıya 13 il həbs cəzası istədi

Prokuror Azər Qasımlıya 13 il həbs cəzası istədi
11.02.2026 11:21

Prokuror məhkəmədə Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra çıxışlar mərhələsi başlayıb və dövlət ittihamçısı çıxış edib.

Prosesdə vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi fevralın 25-də davam etdiriləcək.

Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.

İttihama görə, o, zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.

İttihamda qeyd olunub ki, A.Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q.Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb.

İttihamda vurğulanıb ki, A.Qasımlı gəlir aşağı düşdüyü üçün Q.Yusifovu günahlandırıb, ondan 45 min ABŞ dolları tələb edib, əks halda, onu, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurlatdıracağı ilə hədələyib.

A.Qasımlı bu yolla zərərçəkmişdən 6 min 800 manat pul almaqda təqsirləndirilib.

İttihama münasibət bildirən A.Qasımlı özünü təqsirli bilməyib.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

(Report)

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
12 августа 2026
Trampdan etiraf: "Onlar nə deyirsə, mən onu edirəm" 09:45 İngiltərə futbolunda iz qoyan qadın hakim karyerasını bitirir 10:03 Трамп: «Я не верю Ирану» 08:46 6 min azarkeş, bir kubok, böyük savaş! Emeri “PSJ” matçına köklənib 09:54 Массированная атака БПЛА на Севастополь 09:34 Bundesliqada inanılmaz start! Yeni top məhsuldarlığı artırıb 09:26 Азербайджанская нефть подорожала 09:24 Transfer bazarında Baloqun savaşı! “Qalatasaray” da namizədlər arasındadır 09:21 «Tesla» отзывает более 20 тысяч автомобилей 09:08 Lebronun debüt oyunu NBA tarixində bilet qiyməti rekordu qırdı 08:57 Операция с 46 килограммами наркотиков в Баку: задержаны 3 человека 08:54 Qasperinin istəyi gerçəkləşir! “Roma” “İnter”dən ulduz alır 09:10 Diqqət! Bu ərazilərdə qaz olmayacaq 08:27 Novorossiyskdə PUA hücumu: Limandakı iri taxıl terminalına zərbə endirildi - VİDEO 08:17 Швеция выделила 52,5 миллиона долларов на закупку боеприпасов 01:37 Необычный проект из Бразилии: океанский фильтр изготовлен из человеческих волос 01:49 Будут ли акулы использоваться для измерения силы ураганов? 01:02 На известную американскую певицу подали в суд 01:45 ABŞ-də gömrük gəlirləri azaldı, sosial xərclər kəskin artdı 01:16 Молдова начинает перевозку украинского зерна 01:30 Криштиану Роналду и Джорджина Родригес поженились! 01:41 Bir sıra ərazilərdə işıq KƏSİLƏCƏK 01:20 "Silahları Aİ-yə satırıq, onlar Ukraynaya verir" - Tramp 01:10 Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq? 00:49 "Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəldi! 00:54 Все новости