Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olundu

Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olundu
20.06.2026 11:10

Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq etmiş şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Mingəçevir şəhər prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatma yolu ilə ələ keçirməsi və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən hərəkətlər törətməsi faktı ilə bağlı cinayət işi başlanaraq istintaq aparılır.

İstintaq zamanı Vasif Haqverdiyevin müxtəlif şəxslərlə əlaqə saxlayaraq özünü Mingəçevir və Tərtər rayon prokurorluqlarının əməkdaşı kimi təqdim etməklə onların etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməsinə, habelə bir sıra məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə barələrində araşdırma aparılacağı və maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və prokurorluq orqanlarının işgüzar nüfuzuna zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vasif Haqverdiyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 июня 2026
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni nümayiş etdirdi - VİDEO 15:22 Yevlax sakini su kanalında batdı 15:12 UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəldi 14:54 Britaniya Ukrayna üçün yeni uzaqmənzilli raketlər hazırlayır 14:52 Mourinyo Qonsalo Qarsiyanı "Real"da saxlamaq istəyir 14:45 MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib 14:40 Azərbaycan və Koreya arasında keçirilən danışıqların detalları açıqlandı 14:21 Pentaqon məktəbə endirilən zərbəni araşdırır 13:58 Füzulidə faciə: 5 yaşlı yeniyetmə su kanalında boğuldu 13:56 "Sabah" yeni transferini açıqladı 13:47 AZAL Qazaxıstanın daha iki şəhərindən Bakıya reys açacaq 13:36 Boşandığı şəxslə yenidən nikaha daxil olanların sayı məlum oldu - RƏSMİ 13:34 Bazar gününün havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:21 Tovuzda çayda batan şəxs Milli Qvardiya əsgəri imiş - FOTO 13:01 Türkiyədə oteldə xlordan kütləvi zəhərlənmə 13:08 Azərbaycandan Ermənistana buğda göndərildi - YENİLƏNDİ 12:05 Keyt Duqlass dünya rekordunu yenilədi 12:41 Almaniyada dəhşətli qəza: Vaqonlar körpüdən aşdı - FOTO 12:36 Tokio və Vaşinqton birgə təlimlərə başladı 12:30 Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək 12:21 Ukrayna Rusiyaya qarşı hücumları davam etdirir - Bu dəfə hədəf... 12:16 Medvedev: İrandan qisas alınacaq 11:47 Pezeşkian ölümlə hədələndi 11:40 Tramp Qasım Süleymani haqqında danışdı 11:33 Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olundu 11:17 Все новости