Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA

Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA
03.07.2026 12:50

AMEA Folklor İnstitutu Qərbi Azərbaycan folkloru şöbəsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu Naxçıvanda azyaşlı uşağa səhv peyvənd vurulduğu və sonradan tibbi sənədlərin saxtalaşdırıldığı ilə bağlı iddialarla çıxış edib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, sözügedən hadisədə azyaşlı uşağa səhv peyvənd vurulduğu, daha sonra isə izi itirmək və valideynləri aldatmaq məqsədilə sənədlərin saxtalaşdırıldığı iddia olunur.

Elyar İslamoğlu bildirib ki, belə iddialar cəmiyyət üçün ciddi narahatlıq doğurur və hərtərəfli araşdırılmalıdır:

“İddialara görə, azyaşlı uşağa səhv peyvənd vurulub, sonra isə izi itirmək və valideynləri aldatmaq üçün sənədlər saxtalaşdırılıb. Belə hallara görə uşaqlar peyvənddən sonra şikəst olur, danışa bilmir, qulaqları tutulur, görmə qüsuru yaranır”.

AMEA üzvü həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun məsələyə münasibətini də tənqid edib:

"Naxçıvan Muxtar Respublikası Prokurorluğu isə həmin şəxsə yalnız şiddətli töhmət verməklə kifayətlənib. Görünür, Prokurorluq əməkdaşları qanunları yaxşı bilmir. Yoxsa uşağa səhv peyvənd vuraraq onun sağlamlığını riskə atmağın, daha sonra sənədləri saxtalaşdırıb valideynə yalan məlumat verməyin cəzasının şiddətli töhmət olmadığını bilməli idilər".

Ekspert əlavə edib ki, məsələ ilə bağlı irəli sürülən iddialar obyektiv və şəffaf şəkildə araşdırılmalıdır:

"İddialar obyektiv və şəffaf araşdırılmalı, qanun pozuntusu təsdiqlənəcəyi təqdirdə isə məsul şəxslər qanun qarşısında cavab verməli, ciddi cəza olmalıdır".

Türkan İsgəndərli

TodayPress TV

ФОТО

Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA — 1
ЛЕНТА НОВОСТЕЙ
03 июля 2026
Kədərin gülən üzü — Kamal Sunalın unudulmaz yaşam hekayəsi 15:09 Allah keşişləri qorumadı - 8 dindar öldü 14:54 Rusiyaya ağır itki - Ukrayna "bir daşla 7 quş vurdu" 14:54 Azərbaycan nümayəndə heyəti Tehrandadır - GÖRÜNTÜLƏR 14:39 Hərbi qulluqçu infarkt nəticəsində vəfat etdi 14:33 Bakının memarlıq möcüzələri hansılardır? - SİYAHI 14:32 Иран не капитулировал, и режим не свергнут — о какой победе вообще идёт речь? 14:29 Путин превратит Польшу в «подопытного кролика»— Россия планирует забросить первый крючок против НАТО 14:25 Sabah Azərbaycanda neçə dərəcə isti gözlənilir? 14:22 Ermənistan parlamentinin yeni spikeri ortalığı qatdı - "TÜRK" imiş 14:06 Кто тот министр, которому Президент присвоил звание генерал-лейтенанта? – ДОСЬЕ 13:58 Одно из крупнейших событий в истории: в похоронах Хаменеи примут участие 20 миллионов человек 13:55 Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi 13:52 Əhməd əş-Şaraa Netflix ulduzunu parlamentə SEÇDİ 13:38 Иран пытается разжечь национализм в Азербайджане — ПРЕДАТЕЛЬСКИЙ ПЛАН 13:29 Tramp Türkiyədə “qızı” ilə görüşəcək? – Hazırlıqlar başladı, ilginc detallar bilindi/VİDEO 13:17 Hikmət Hacıyev dünya şöhrətli professorla görüşdü 13:05 Goranboyda itkin-şəhid Rauf Əhmədovla vida mərasimi keçirildi 13:01 Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA 12:50 İtkin-şəhid Dəyanət Musayev dəfn edildi 12:47 Alleqri “Napoli”nin baş məşqçisi təyin olundu 12:38 В Баку маршрутный автобус врезался в дерево, пострадали 11 человек 12:16 Пашинян проводит переговоры с Пезешкианом в Тегеране 12:11 Azərbaycandan Ermənistana tonlarla buğda göndərildi? AÇIQLANDI 12:03 Pakistanda avtobus dərəyə aşdı - 40 nəfər ölüb 11:54 Все новости