İnternet oyunlarına baxıb müəllimini güllələyən şagirdlə bağlı xəbər Azərbaycanda GÜNDƏM oldu

İnternet oyunlarına baxıb müəllimini güllələyən şagirdlə bağlı xəbər Azərbaycanda GÜNDƏM oldu
17.06.2026 12:54 Hadisə

Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Prosesdə zərərçəkən iştirak etməyib, onun nümayəndəsi kimi İsmayıl Mustafayev təqdim olunub.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə vəsatət verərək müdafiə etdiyi şəxsin yetkinlik yaşına çatmadığını deyib və proseslərin qapalı keçirilməsini xahiş edib. Bundan başqa o, həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini də məhkəmədən xahiş edib.

Vəkil bildirib ki, ekspertizanın rəyinə əsasən, təqsirləndirilən şəxs əməli törədərkən anlaqlı olmayıb və zərəçəkənlə barışıq əldə olunub. Saxlanıldığı müddətdə yeniyetmənin özünü yaxşı aparması ilə bağlı arayış da təqdim olunub: "O, internetin, oyunların təsiri ilə bu əməli törədib".

R.Mirmehdizadə məhkəməyə şagirdin diplomlarını da təqdim edib.

Zərəçəkənin vəkili məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatətlə razılaşıb. Digər vəsətətə də etiraz etməyib.

Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib. İşin qapalı keçirilməsi ilə bağlı vəsatəti isə məhkəmənin mülahizəsinə buraxıb.

Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib və baxış iclası iyulun 1-nə təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət də təmin edilməyib.

Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Ə.Ş-yə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Ağır qəzada həlak olan Məryəmin orqanları altı nəfərə həyat verdi - VİDEO 22:33 Putin Fidanı dərhal qəbul etdi: Bağlı qapılar arxasından Zelenskiyə minnətçi düşdülər 22:25 Ronaldu ən yaşlı meydan oyunçusu OLDU 21:46 "Qarabağ" Bruno Lanqanı transfer etdi 22:05 Aİ sammiti öncəsi Ukrayna planı: Meloni yeni nümayəndə irəli sürməyə hazırlaşır 21:28 Ağ Ev lideri iki ölkəyə təşəkkür etdi 21:25 Fransa hökuməti ittiham olundu - Səbəb nədir? 21:18 ABŞ–İran anlaşması bir addımlıqda: Pakistan və Türkiyə prosesə dair fikir mübadiləsi apardı 21:18 Danışıqlar uğursuz olarsa nə baş verəcək? - Tramp açıqladı 20:25 Qaydaları pozduqlarına görə 12 nəfər imtahandan xaric olundu 20:22 İran və ABŞ arasında saziş bu tarixdə imzalana bilər - Tramp açıqladı 20:45 Tramp: "Rusiyaya qarşı yeni sanksiyalar neftin qiymətindən asılı olacaq" 20:01 ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ 20:10 Qəbul imtahanında maksimum nəticə göstərən şagirdlərin adları açıqlandı 20:30 Prezident Administrasiyasının rəhbərindən Xocalıda vacib toplantı — DETALLAR 19:43 II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi 20:13 İran və Çin XİN rəhbərləri tarixi sazişi müzakirə etdilər 19:28 Ərdoğandan Türkiyə millisinə qəfil zəng: Elə kritik mesajlar verdi ki... 19:39 Kiyevə 500 milyon avro: Vəsaitin yarısı dronların alınmasına xərclənəcək 19:17 Azərbaycan və Koreya münasibətlərinin inkişafı müzakirə olundu 19:13 Türkiyənin 54 vilayətində əməliyyat keçirildi, 258 nəfər saxlanıldı 18:54 “Mənim sazişim nüvə silahına qarşı bir divardır” – ABŞ liderindən İrana mesaj 18:45 Paşinyan Hikmət Hacıyevdən danışdı: İlk dəfə Ermənistanda.. 18:32 Köçəryanın toxunulmazlığı ləğv edilir? - Sabiq prezidentin adı yenidən gündəmdə 18:18 "Tasnim": ABŞ və İran arasındakı memorandum sənədi qeyri-dəqiqdir 18:08 Bütün Xəbərlər