Müdafiə Sənayesi Nazirliyin işçisi rüşvət almaqda ittiham olunur

Müdafiə Sənayesi Nazirliyin işçisi rüşvət almaqda ittiham olunur
05.06.2025 15:06 Hadisə

Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Orucalı oğlu Niftalıyev və Ramis Mürsəl oğlu Hümmətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Eyvaz Niftaliyev deyib ki, ziyanı ödəmək istəyir. Onun sözlərinə görə, artıq 4 aydır həbsdədir, heç kimi yoxdur, yanına gələn də yoxdur. O, barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxsin vəsatətinin təmin olunmamasını istəyib.

Zərərçəkmişlər isə ziyanın ödənilməsi tələb ediblər. Zərərçəkmiş Azər Məmmədov deyib ki, bankdan kredit götürərək ona verib: "Hazırda çox çıxılmaz vəziyyətdəyəm. Mənə dəymiş ziyanın cəm şəkildə ödənilməsini istəyirəm".

Daha sonra dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini və araşdırılmasını istəyib. Tərəflər buna etiraz etməyiblər.

İttiham olunan Ramis Hümmətov bildirib ki, ona verilən ittihamlar düzgün deyil. Onun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyində işləyib: "Mənim bu işlərə vaxtım olmayıb. Bu işləri Eyvaz görüb. Hamını dolayıb, məni də özü ilə bərabər bu vəziyyətə salıb. Həyat yoldaşım rəhmətə gedib, uşaqlarıma da özüm baxıram".

Daha sonra hakimlər müşavirəyə yollanıblar. Müşavirədən sonra qərar elan edilib. Eyvaz Niftaliyevin vəsatəti təmin olunmayıb, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmiş saxlanılıb.

Məhkəmə baxışı iyulun 19-a təyin olunub.

Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarəsinin böyük elmi işçisi olub.

İstintaq orqanı tərəfindən Eyvaz Niftəliyevin barədə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov isə həmin məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 ve 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb.

Eyvaz Niftaliyev barəsində həbs qətimkan, Ramis Hümmətovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Eyvaz Niftaliyev su vulkanlarının tədqiqatını aparan şəxslərlə əmək müqaviləsi bağlayıb və bəzi işlər görmək istəyib. Amma sonradan zərərçəkmiş şəxslərdən aldığı pulları ələ keçirib.

XƏBƏR LENTİ
31 IYUL 2026
Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Bütün Xəbərlər