Casusluqda ittiham olunan fransızın məhkəməsi şahid ifadələri ilə davam edir

Casusluqda ittiham olunan fransızın məhkəməsi şahid ifadələri ilə davam edir
25.11.2025 14:54

Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dindirilən J.S. deyib ki, Martin Ryanla 2022-ci ildə tanış olub və dostluq edib:

"Mən Martinlə "Facebook" sosial şəbəkəsində tanış olmuşam. O, həmin şəbəkədə mənə dostluq göndərdi. Onun profilinə baxanda ortaq dostlarımızın olduğunu gördüm. Buna görə də onun dostluq təklifini sosial şəbəkədə qəbul etdim. Daha sonra o, mənə yazdı. Biz bir müddət yazışandan sonra görüşməyə başladıq. Söhbət zamanı onun şərab biznesi ilə məşğul olduğunu öyrəndim. Martin ailə quracağını deyirdi. Daha sonra Martin Fransaya getdi. Qısa zamanda geri qayıtdı. Sonra ondan xəbər ala bilmədim. Onun telefonuna zəng çatmırdı, buna görə də narahat oldum. Onun dostları ilə əlaqə saxlamağa cəhd etsəm də, bu baş tutmadı. Sonradan DTX-yə dəvət olundum. Orada mənə Martinlə bağlı suallar verdilər".

Şahid qeyd edib ki, Martin Ryanın Azərbaycan tərəfindən Fransaya casusluq etməsinin şahidi olmayıb: "Əgər bunu bilsəydim, özüm aidiyyəti quruma məlumat verərdim".

Daha sonra ifadə verən digər şahid S.Ş. bildirib ki, Fransa səıfirliyinin əməkdaşı Loran Qrarda Badamdarda yerləşən iki mərtəbəli evini kirayə verib: "Onun Fransa səfirliyində nə işlə məşğul olduğunu bilməmişəm. Sadəcə orada işlədiyini bilmişəm. Onu makler vasitəsi ilə tanımışam. Evi 2 min manata ona kirayə vermişdim. Kirayə pulunu hər ay evinə gedərək özüm almışam. Sonuncu dəfə kirayə pulunun vaxtı çatanda yazdım, amma cavab gəlmədi. Gedərək evin qapısını döysəm də, qapının bağlı olduğunu gördüm. Bununla bağlı Fransa səfirliyinə "e-mail" vasitəsilə yazdım. Mənə cavab verildi ki, Loran təcili Fransaya gedib, açarlar səfirlikdədir, tezlikdə təhvil veriləcək. Sonra açarları götürdüm və evə baxış keçirdim. Evdə şübhəli heç nə görmədim".

Daha sonra şahid qismində R.M. ifadə verib. O bildirib ki, DTX-də ifadə verib. Onun sözlərinə görə, ifadəsində ondan Martin Ryan ilə tanışlığı və Azad Məmmədli ilə bağlı soruşublar.

Şahidin sözlərinə görə, Martin Ryan ilə Fransada olan tədbirlərdən birində tanış olub: "Bizim tanışlığımız Diana adlı qadının vasitəsi ilə baş tutub. Bizim Fransada adətən azərbaycanlı tələbələrlə sıx görüşlərimiz olub. Amma aradabir Martinlə də görüşmüşəm. Daha sonra ölkəyə qayıtdım".

Şahidin ifadəsinə görə, onun şirkəti olub: "Bir müddət sonra Martin Azərbaycana gəldi və biz görüşdük. Biz eyni vaxtda bir neçə nəfərlə görüşürdük. Məqsəd o idi ki həm dili unutmayaq, həm də əlaqələrimiz itməsin. Daha sonra Martin şərab şirkəti açdı, mənim də şirkətin var idi. İşlərimiz yaxşı gedirdi. Sonradan işimizi böyütmək qərarına gəldik. Bunun üçün də fransız əsilli Gürcüstan vətəndaşı Lüdovik Girod ilə əməkdaşlığa başladıq. O bizə müştəri verməli idi. Buna görə də işlərimizin böyüməsi üçün ortaq şirkət açdıq. Şirkətə direktor təyin etmək lazım oldu. Həmin vəzifəyə də Martini seçdik. Şirkətin funksiyası verilən sifarişləri çatdırmaqdan ibarət olub. Sonradan hesablarda problemlər yaranmağa başladı. Buna görə də iki ildən sonra şirkəti satmaq istədik. Amma sata bilmədik. Mənim Martinlə münasibətim korlandı, biz iki il müddətində görüşmədik ".

Tərəflərin sualına cavab olaraq şahid bildirib ki, şirkətin fəaliyyəti zamanı Fransa və İspaniya şirkətləri ilə əlaqə qurublar. Onların sifarişlərinin çatdırılmasını yerinə yetiriblər.

Şahid bildirib ki, 2023-cü ilin yay aylarında Bakıdakı kafelərin birində Martin ona deyib ki, Fransa səfirliyinin ağsaçlı əməkdaşlarından biri ona Afrikada hansısa ölkədə fəaliyyət göstərən şəxsə pul köçürməyi təklif edib. Martin həmin ağsaçlı şəxsin kəşfiyyatçı olduğu qənaətində olub.

Şahid həmçinin bildirib ki, 2023-cü ilin yay aylarında Martin onunla görüşmüş və görüş zamanı Fransa səfirliyinin əməkdaşlarından biri tərəfindən üzərində "fransız hərfləri" qeydləri olan klaviatura gətirəcəyini deyib. Martin Ryan həmin şəxslə Bakı şəhərində "Malakan bağı"nda görüşəcəklərini bildirərək ondan oraya birgə getməklərini xahiş edib. O da Martinlə birgə oraya gedib, bundan bir neçə dəqiqə sonra həmin şəxs də oraya gəlib. Görüş zamanı həmin şəxs adını ona bildirsə də, onun yadında həmin ad qalmayıb. Fransa səfirliyinin əməkdaşı görüş zamanı Martin Ryana klaviaturanı verdikdən sonra 5-10 dəqiqə Martinin Bakıdakı şərab satışı ilə bağlı onunla söhbət edib. Fransa səfirliyinin həmin əməkdaşı zahirən sarışın, saqqallı, təxminən 40-45 yaşlarında olan, orta çəkili, ortaboylu bir şəxs olub (ibtidai istintaq prosesində fotoşəkil üzrə tanınma zamanı şahid R.M. səfirliyin həmin əməkdaşını tanımışdır). Bu görüşdə Ü.Ə və Z.M. də onların yanında olub. Onun həmin görüş zamanı təcili işi yarandığından oradan ayrılıb, Martin Ryanla səfirliyin əməkdaşının söhbəti isə davam edib.

R.M. bildirib ki, Martin Ryanın Olqa adlı şəxslə əlaqəsi var idi: "Martin söhbət zamanı Olqanın rus agenti olması barədə şübhələndiyini deyirdi. Lakin mən bunu ciddi qəbul etmirdim".

Dövlət ittihamçısı şahidə Martinin casusluq etməsi, başqa şəxsləri buna təhrik etməsi ilə bağlı məlumatı və şübhəsi olub-olmaması ilə bağlı sual ünvanlayıb.

Şahid bildirib ki, bununla bağlı məlumatı olmayıb: "Onunla şirkətə görə iki il danışmamışam. Əgər məlumatım olsaydı, aidiyyəti strukturlara xəbər verərdim".

Bundan sonra Martin Ryan bildirib ki, onun Azərbaycanda oturum üçün icazəsi olmalı idi: "Bunun üçün də direktor seçildim, aylıq 1500 manat maaş alırdım. Bundan əlavə təminatımı da verirdilər. Əgər mən Gürcüstanda oturum alsaydım, direktor R.M. də seçilə bilərdi".

Növbəti proses 2026-cı il yanvarın 12-nə təyin olunub.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Атака беспилотников на Россию: поражены нефтезаводы и крупные логистические центры 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Все новости