Bakı məktəbində şagirdlər arasında bıçaqlanma - VİDEO

Bakı məktəbində şagirdlər arasında bıçaqlanma - VİDEO
13.03.2026 20:42

Səbail rayonunda 203 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

TodayPress TV "Baku TV"yə istinadən xəbər verir ki, həmin məktəbdə təhsil alan iki doqquzuncu sinif şagirdi arasında təhsil ocağının yeməkxanasında mübahisə yaranıb.

Mübahisə zamanı şagirdlərdən biri digər həmyaşıdına bıçaqla xəsarət yetirib. Yaralanan şagird aldığı xəsarətlərdən xəstəxanaya çatdırılıb.

“Ayrı-ayrı siniflərin şagirdləri idilər, sözləri çəp gəldi, aralarında mübahisə yarandı. Hadisə övladımın gözünün qabağında baş verib, uşaq çox qorxub”, – valideynlərdən biri söyləyib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, martın 13-də saat 10:25 radələrində Bakı şəhəri 203 nömrəli tam orta məktəbdə tənəffüs zamanı doqquzuncu sinif şagirdlərindən biri digərinə xəsarət yetirib. Xəsarət alan şagirdə dərhal tibbi yardım göstərilib, təcili tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib. Fakt aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və araşdırmalara başlanılıb.

TƏBİB-dən isə bildirilib ki, yaralı məktəbli Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Pasiyentə sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.


TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Все новости