Ali Məhkəmə: Borc faizindən faiz tutulması qanunaziddir

Ali Məhkəmə: Borc faizindən faiz tutulması qanunaziddir
18.12.2025 10:56

Ali Məhkəmənin Mülki kollegiyası borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib.

Bu barədə TodayPress TV-yə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, məhkəmə mübahisəsi iddiaçının cavabdehdən pul borcunun vaxtında qaytarılmaması səbəbindən əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub. Belə ki, iddiaçı daha əvvəl məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini birləşdirərək, həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizi hesablanmasını tələb edib.

Birinci instansiya məhkəməsi iddianı rədd edib, apellyasiya məhkəməsi də həmin mövqe iş razılaşıb, daha sonra hər iki tərəfin kassasiya şikayətləri üzrə işə Ali Məhkəmədə kassasiya qaydasında baxılıb.

Ali Məhkəmə qərarında vurğulayıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 və 449-cu maddələrinin məzmununa görə gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və yalnız borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanması “faizdən faiz” tutulması ilə nəticələnir ki, bu da qanunvericiliklə qadağan edilir.

Ali Məhkəmə qeyd edib ki, faiz borcunun məhkəmə qərarı ilə tutulması onun hüquqi mahiyyətini dəyişmir və onu əsas borca çevirmir. Belə faiz alacağına yenidən faiz tələb edilməsi borclunun vəziyyətini qeyri-mütənasib şəkildə ağırlaşdırır və ədalət prinsipinə ziddir.

Ali Məhkəmə həmçinin bildirib ki, kassasiya instansiyasının səlahiyyəti iş üzrə faktiki halları yenidən araşdırmaq deyil, aşağı instansiya məhkəmələri tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmadığını yoxlamaqdan ibarətdir. Bu baxımdan apellyasiya instansiyasının sübutlara verdiyi hüquqi qiymət və gəldiyi nəticə əsaslı hesab edilib.

Nəticə etibarilə, Ali Məhkəmə kassasiya şikayətlərini təmin etməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlayıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Все новости