33 illik qaçış Frankfurtda bitdi! Elşən Şamilov Azərbaycana ekstradisiya olundu

33 illik qaçış Frankfurtda bitdi! Elşən Şamilov Azərbaycana ekstradisiya olundu
18.06.2026 10:11

İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin iyunun 18-də Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Bu barədə TodayPress TV-yə Ədliyyə Nazirliyinin mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, 90-cı illərin əvvəlində tamah niyyəti ilə maddi sərvət əldə emək məqsədilə digər şəxslərlə cinayət əlaqəsinə girib zorakılıqla bağlı olan basqınla müşayiət olunan quldurluq hərəkətləri edərək, zərərçəkmiş Qurbanəli Mustafayevin sağlamlığına ağır zərər vurmaqla onu qəsdən öldürməkdə (Azərbaycan Respublikasının qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi və 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,3,6,8-ci bəndləri) ittiham edilmiş və 33 il beynəlxalq axtarışda olan Gürcüstan vətəndaşı Şamilov Elşən Həsən oğlunun yeri Almaniyada müəyyən olunub və o, həbs edilib.

"Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Almaniya Federativ Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.

Şamilov Elşən Həsən oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Almaniyanın Frankfurt şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir", - məlumatda qeyd edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
18 июня 2026
DÇ-26: İkinci tura start verilir 12:28 TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olundu 12:21 Moskvada azərbaycanlıların işlədiyi bazara pua hücumu - GÖRÜNTÜLƏR 12:07 Brejnevin nəticəsi Ukraynada əsir düşdü 11:57 Ukraynadan misli görünməmiş PUA hücumu - Moskva alovlar içində - VİDEO 11:47 Sabah ölkə üzrə pensiyalar ödəniləcək 11:39 Almaniya SSRİ-ni meydandan sildi - Sanki Hitler Stalinə qarşı çıxmışdı və bu dəfə qalib idi 11:21 Ermənistanın ən cinayətkar adamı: Azərbaycan və ölkəsini yağmalayaraq milyonçu, sonra prezident oldu 11:20 I və IV qrupların nəticələri bu tarixdə elan ediləcək 11:37 Prezident Beynəlxalq Sammitin iştirakçılarına müraciət ünvanladı 11:09 İki liderin görüşündə maraqlı hadisə - Bricit Makronun Trampla mübarizəsi - VİDEO 11:03 Qeydiyyatda olan işsizlərin sayı açıqlandı 10:46 Neft Emalı Zavodundakı yanğın söndürüldü - YENİLƏNDİ 09:23 "Real" Entso Fernandeslə razılığa gəldi 10:36 Azərbaycan neftinin bu günə olan QİYMƏTİ açıqlandı 10:27 33 illik qaçış Frankfurtda bitdi! Elşən Şamilov Azərbaycana ekstradisiya olundu 10:11 Prezident: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq 10:06 Президент заявил в Баку: Мы помогли этим странам! 09:54 Президент Ильхам Алиев: Азербайджан стал важным игроком на мировой энергетической арене 09:52 Президент Ильхам Алиев: Благодаря прочным связям на мировой арене Азербайджан сегодня стал важным игроком 09:34 Президент: Политическая, экономическая и социальная стабильность - это реальность современного Азербайджана 09:26 Президент Ильхам Алиев: Азербайджан демонстрирует стабильное и успешное развитие 09:21 Moskva vuruldu, azərbaycanlı milyarderin obyektinə zərər dəydi 09:09 В Баку с участием Президента Ильхама Алиева проходит церемония открытия Ежегодных собраний Группы Исламского банка развития на 2026 год 09:05 İrandan sinsi plan: Hörmüzdəki dumanı Zəngəzura daşımağa başlayırlar 08:57 Все новости