1889 nasaz avtomobil uzunmüddətli tıxaclara səbəb olub

1889 nasaz avtomobil uzunmüddətli tıxaclara səbəb olub
12.02.2026 12:24

Ötən il 1889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması paytaxt yollarında uzunmüddətli tıxaclara səbəb olub.

Bu barədə TodayPress TV-yə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, texniki-təhlükəsizlik baxımından yararsız, yaxud vaxtında texniki qulluq göstərilməyən nəqliyyat vasitələrinin yollarda yaratdığı çətinliklərlə tez-tez rastlaşılır:

"İstər yaşayış məntəqələrində, istərsə də avtomagistrallarda məcburi dayanma zamanı digər sürücülərin xəbərdar edilməsi üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməməsi daha ağır nəticələrə, bəzən də faciələrə yol açır".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır:

"Nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayandıqda digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün qanunla nəzərdə tutulan təhlükəsizlik tədbirləri görülməlidir.

İlk növbədə qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalıdır. Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, digər sürücülər onu vaxtında görə bilsin. Hərəkət intensiv olduqda qəza dayanma nişanı, yaxud yanıb-sönən qırmızı işıqlı portativ fənər avtomobilin üstündə qoyula bilər".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Все новости