11 kq-a yaxın qızılın qanunsuz yolla gətirilməsinin qarşısı alındı

11 kq-a yaxın qızılın qanunsuz yolla gətirilməsinin qarşısı alındı
29.11.2025 12:23

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Azərbaycana qanunsuz 11 kiloqrama yaxın qızıl gətirilməsinin qarşısını alıb.

TodayPress TV bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının "Terminal 1"- gömrük postunun gömrük nəzarəti zonasında əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı çamadanın içərisindən gömrük orqanına bəyan edilməyən, xüsusilə külli miqdarda, 2 milyon 440 min 344 manat dəyərində, ümumi kütləsi 10 kiloqram 883,82 qram təşkil edən qızıldan hazırlanmış məmulatlar və 0,6 qram çəkidə 3 karat brilyant qaş aşkar olunub.

Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, qeyd olunan qızıl məmulatlarını, izi azdırmaq məqsədilə bir şəxs Dubaydan İstanbula, oradan isə digər şəxs Bakıya gətirib.

Hazırda qeyd olunan faktda iştirakları olan bütün şəxslərin, eləcə də bu halın baş verməsinə şərait yaradan şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Komitə bir daha bildirib ki, bu cür qanunsuz hərəkətlər yolverilməzdir və onların qarşısı ən ciddi şəkildə alınmaqla bu hərəkətləri törədən şəxslər müvafiq məsuliyyətə cəlb ediləcəklər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Все новости