Yollar sürüşkəndir - DYP-dən XƏBƏRDARLIQ!

Yollar sürüşkəndir - DYP-dən XƏBƏRDARLIQ!
20.01.2026 10:11

“Hazırda paytaxtda və digər şəhər və rayonlarda yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur. Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərir və hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələb edir”.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Xüsusilə qeyd edilib ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir:

“Bəzi ərazilərdə, xüsusilə qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza riskini yüksəldir.

Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorusunlar, sürət həddinə ciddi şəkildə riayət etsinlər, qəfil manevrlərdən çəkinsinlər və yol hərəkəti qaydalarına tam əməl etsinlər.

Eyni zamanda, piyadalardan da xahiş edirik ki, yolları yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, sürüşkən yol örtüyünü nəzərə alsınlar, nəqliyyat vasitələrinin yaxınlaşmasına xüsusi diqqət yetirsinlər və öz təhlükəsizliklərini daim ön planda saxlasınlar”.

Qurum bütün yol hərəkəti iştirakçılarını ayıq-sayıq olmağa, diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırıb:

“Yalnız yol hərəkəti qaydalarına riayət etməklə və ehtiyatlı olmaqla mümkün risklərin qarşısını almaq mümkündür”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
Meksikada kartel lideri saxlanıldı, ölkə qarışdı - VİDEO 00:20 Kiyevə ballistik raketərlə hücum edildi - VİDEO 01:18 UEFA Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzdu - VİDEO 23:03 Şamaxıda avtomobil dərəyə aşdı: Ölən və xəsarət alan var 00:29 Hörmüz boğazına alternativ hazırlanır? - Trampdan mühüm açıqlama 00:13 ABŞ 65 gəmini marşrutundan döndərdi 23:48 Quterreş narahatlığını bildirdi: "Ekzistensial təhlükə yaranıb!" 23:39 “Avropanın Azərbaycana ehtiyacı var!” - Sabiq Ukrayna Prezidenti 23:18 Kamçatkada 5,6 maqnitudalı zəlzələ baş verdi 23:06 Abbas Əraqçi və Asim Munir son vəziyyəti müzakirə etdilər 22:55 “Hapoel” və “Sabah” matçı üçün heyətlər AÇIQLANDI 22:43 “Azərbaycan və Türkiyə yeni dövlət yaradır, adı isə…” – Saqatelyandan maraqlı İDDİA 22:37 Tramp Kanada ilə ticarət razılaşmasını açıqladı: “Rüsumlar sıfıra endiriləcək!” 22:21 Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu 22:13 İran Bolqarıstanı hədəfə alacaq? - Müdafiə naziri cavab verdi 22:02 Elmin Əliyev bürünc medal qazandı 21:52 Ordudakı ard-arda intiharlar Paşinyanı bunu etməyə məcbur etdi 21:48 40 il öncə Qarabağı alovlandıran Aqanbekyan GÜNDƏMDƏ 21:31 Azərbaycandakı bu yol qalib oldu 21:22 Ayxan Cavadov dünya çempionu oldu 21:11 “Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı” 21:05 İrəvanın Bakı planı: Ermənistan növbəti 5 ildə nə edəcək? 20:52 Fedorovun təklifi “havada qaldı, raketlərlə toqquşdu” 20:41 Yasamalda 3 can alan yanğınla bağlı ilk məhkəmə - Proses niyə təxirə salındı? 20:25 Tokayev Nazarbayevin “qalıqlarını” yox etməyə davam edir - YENİ QƏRAR 20:14 Все новости