Xanım sürücülər "Baku Bus"da: Qəzalar azalacaq!

Xanım sürücülər "Baku Bus"da: Qəzalar azalacaq!
25.11.2025 17:27

Noyabrın 24-dən etibarən “Baku Bus”un xanım sürücüləri rəsmi şəkildə fəaliyyətə başlayıblar. AAYDA-nın (AYNA) proqramı çərçivəsində ilkin mərhələdə qadın sürücülərə təcrübəli mentor-sürücülər tərəfindən dəstək göstərilir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, qadınların avtobus sürücüsü kimi fəaliyyətə başlaması tamamilə normal və müasir dünya təcrübəsinə uyğun addımdır.


“Dünyada kifayət qədər nümunələr var. Statistikaya baxanda, qadınların idarə etdiyi avtobuslar kişilərlə müqayisədə daha az qəza törədir. Çünki qadınlar emosional baxımdan daha təmkinlidir və bu, sükan arxasında özünü aydın şəkildə göstərir".

Ekspert hesab edir ki, qadın sürücülərin işə cəlb olunması nəqliyyat mədəniyyətinə müsbət təsir göstərəcək:

"Düşünürəm ki, bu addım nümunəvi olacaq və nəticələr müsbət olduqca xanım sürücülərin sayı da artırılacaq. Artıq şəhərdə sükan arxasında kifayət qədər qadın görürük və demək olmaz ki, onlar kişilərdən daha pis idarə edirlər".


Raqif Raufoğlu qeyd edib ki, qadınların nəqliyyat sektorunda iştirakının artması təhlükəsiz və komfortlu sərnişindaşımanın inkişafına müsbət töhfə verəcək.

Məlumat üçün bildirək ki, qadın sürücülər 140 və 121E ekspres marşrutlarda fəaliyyət göstərəcəklər.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Все новости