Xalq yazıçısı Azərbaycan qadınını necə "ikinci sort" insan kimi görə bilər?

Xalq yazıçısı Azərbaycan qadınını necə "ikinci sort" insan kimi görə bilər?
21.05.2026 11:54

"Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır".

Bu sözləri "Qafqazinfo"ya müsahibəsi zamanı Xalq yazıçısı, Bakı Slavyan Universitetinin sabiq, Azərbaycan Dillər Universitetinin isə hazırkı rektoru Kamal Abdulla deyib.

Bu vaxta qədər Azərbaycan ədəbiyyatında qadın obrazı gözəl, güclü, azad və müstəqil şəxsiyyət kimi təqdim olunub. Ancaq bu camiyədən olan yazıçının yanaşması çox dar və köhnədir.

Düzdür, ailədə xüsusilə kiçik uşaqların böyüdülməsində ananın rolu çox vacibdir. Uşaqların ilk illərində valideyn qayğısı əvəzolunmazdır. Bir çox qadın özü də könüllü olaraq bu yolu seçir və bundan məmnundur.

Amma bütün qadınları evə, mətbəxə və uşaqlara “istiqamətləndirmək” ideyası yanlışdır. 

Rektorun dediyi, "aralarından xüsusi istedadı ilə özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o bir başqa məsələdir" fikri isə mübahisəlidir. Axı qadın işləməsə, səy göstərməsə, istedadının olub-olmadığını hardan biləcək? İstedad çox vaxt fürsət nəticəsində üzə çıxır. Əgər qadını gənc yaşlarından ev işlərinə yönəltsək, o istedadın üzə çıxma şansı da azalır.

Qadınlar elmdə, tibbdə, təhsildə çox güclü yer tutur. Onları kütləvi şəkildə evə göndərsək, həm iqtisadiyyat, həm də intellektual potensial zəifləyər. Statistikaya baxanda da qadınların təhsildə və bəzi sosial sahələrdə kişilərdən irəlidə olduğunu görə bilərik.

Ən bariz nümunə Mehriban Əliyevadır. O, həm ana, həm nənədir. Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidentidir, ölkənin mədəniyyət həyatında, xeyriyyəçilikdə, beynəlxalq əlaqələrdə çox böyük işlər görür. Onun biliyi olmasa, Azərbaycan bu gün mədəniyyət, turizm, Heydər Əliyev Fondu və bir çox sosial layihələrdə bu qədər irəli gedə bilməzdi. Onun savadı, iş qabiliyyəti və ictimai rolu ölkəyə real xeyir verir.

Yəni Kamal müəllimin özü də qeyd edib ki, "xüsusi istedadı olanlar ayrı məsələdir". Problem ondadır ki, bu xüsusi istedadı kim müəyyənləşdirəcək? Kim qərar verəcək ki, filan qadın istedadlıdır, gedə bilər işə, filanı isə evdə saxlamaq lazımdır?

Kamal Abdulla kimi təcrübəli insan belə fikirlər səsləndirəndə, həmin beyində olan insanlarda bu fikir güclənir.

Amma zaman dəyişib. Qadın evdə də xoşbəxt ola bilər, karyerada da, ikisini qarışdıranda da. Əsas odur ki, özü seçim etsin. 

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Kiprdə SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Все новости