"Uşaqpulu verilsə, kişilər işləməz" - Günay Ağamalı

"Uşaqpulu verilsə, kişilər işləməz" - Günay Ağamalı
21.05.2026 12:04

“Bu gün ailələrə sosial müavinət verilir. Hesab edin ki, həmin uşaqpulu artıq sosial müavinət adı altında təqdim olunur. İnanın ki, bu gün ölkəmizdə uşaqpulunun geniş şəkildə müzakirəsi də yoxdur. Müəyyən mənada müzakirələr aparılır, amma onun real tətbiqi, hesab edirəm ki, hazırda günün mövzusu və müzakirə məsələsi deyil”.

TodayPress TV Bakupost.az-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı “Günə doğru” verilişdə bildirib.

Deputatın fikrincə, ailələr uşaq dünyaya gətirərkən dövlət dəstəyinə arxalanmamalıdır:

"Təbii ki, ailə övladı dünyaya gətirəndə bu yanaşma ilə yanaşarsa, inanın səmimiyyətimə, uşaqpulu verilsə belə, bundan daha çox tələblər qoyulacaq və bu, müəyyən mənfi tendensiyalara yol aça bilər.

Əslində, uşaqların dünyaya gəlməsi bir nəslin gələcək nəslə ötürülməsi deməkdir. Bu gün uşaqpulu tələbi müzakirə olunur, jurnalistlər tərəfindən də səsləndirilir, amma xüsusi ictimai müzakirələrdə, ən azı deyə bilərəm ki, millət vəkili olduğum iki il ərzində bununla tez-tez qarşılaşmamışam.

Uşaqpulu məsələsi gündəliyə gələrsə və tətbiq olunarsa, heç düşünmüsünüzmü ki, bu, valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər? Yəni insanlar fikirləşə bilərlər ki, dövlət mənə uşaqpulu verir, mən artıq işləməyim. Bu, doğru yanaşma deyil. İnsanları əməyə alışdırmaq lazımdır, onları nələrdənsə asılı vəziyyətə salacaq imkanlar yaradılmamalıdır. Amma dediyim kimi, hazırda digər ad altında sosial müavinətlər verilir və şərtlər də çətin deyil”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Все новости