Türkiyədə naxçıvanlı sərnişin döyülərək xəstəxanalıq edildi: "Bizi həmişə aşağılayırlar" / VİDEO

Türkiyədə naxçıvanlı sərnişin döyülərək xəstəxanalıq edildi: "Bizi həmişə aşağılayırlar" / VİDEO
09.07.2026 13:19

Türkiyədə sərnişin daşınması ilə məşğul olan şirkətlərdən birində azərbaycanlı sərnişinə qarşı dəhşətli zorakılıq hadisəsi baş verib. 

TodayPress TV xəbər verir ki, İstanbul-Iğdır marşrutu üzrə hərəkət edən "Aras Turizm" şirkətinə məxsus avtobusun sürücüsü naxçıvanlı sərnişini vəhşicəsinə döyərək ona ağır bədən xəsarətləri yetirib.

Hadisə Türkiyənin Kağızman şəhəri yaxınlığında qeydə alınıb. Sərnişinlərin verdiyi məlumata görə, mübahisəyə səbəb avtobus sürücüsünün yolda əlavə sərnişinlər götürmək məqsədilə tez-tez və uzunmüddətli fasilələr verməsi olub. Bu gecikmələrə etiraz edən naxçıvanlı sərnişin sürücünün qəzəbinə tuş gəlib. Şahidlər sürücünün sərnişini zorla avtobusdan yerə düşürərək asfalta yıxdığını və amansızcasına döydüyünü bildiriblər.

Aldığı ağır zərbələr nəticəsində beyin qanaması keçirən sərnişin hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə şahidi olan digər Naxçıvan sakinləri bu cür hallarla mütəmadi olaraq qarşılaşdıqlarını vurğulayıblar. Sərnişinlər yollarda saatlarla gözlədildiklərini, sürücülər tərəfindən kobud rəftara məruz qaldıqlarını və tez-tez aşağılandıqlarını qeyd ediblər. Zorakılığa məruz qalan sərnişinin yaxınları və digər sərnişinlər aidiyyəti qurumlardan hadisə ilə bağlı təcili araşdırma aparılmasını və günahkarların cəzalandırılmasını tələb edirlər.

Qiymət Mahir


ЛЕНТА НОВОСТЕЙ
09 июля 2026
Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar 14:44 İran ABŞ bazalarına raket zərbəsi endirdi - TƏCİLİ 14:48 В Иране прогремели взрывы — СРОЧНО 14:42 Ərdoğandan yunan müxbirə cavab: Səni gözlərindən tanıyırıq! - VİDEO 14:38 Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var 14:34 Трамп перевернул игру — он ударит по Китаю иранским оружием 14:24 ABŞ İranın strateji dəmiryolu körpüsünü bombaladı 14:24 Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayılır 14:18 İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxardı 14:01 Yunanıstan Ərdoğana görə yasa batdı: Qəzetlər qara manşetlə çıxdı 14:00 İlqar Məmmədov siyasəti buraxıb, futboldan yazır 13:52 Трамп обрек европейскую тройку на суровое наказание 13:50 Minlərlə rus əsgərinin cəbhədə öldüyü gün Putin Moskvada 150 gəncə toy etdi - VİDEO 13:43 Одевшись в китель а-ля Зеленский, Галибаф объявил войну США и пригрозил градом бомб 13:32 Fransızlar ərəblərə qarşı - sonuncu qolu Napoleon vuracaq 13:24 Qazaxıstan Rusiya ilə sərhədə böyük qüvvə yığdı - VİDEO 13:20 Türkiyədə naxçıvanlı sərnişin döyülərək xəstəxanalıq edildi: "Bizi həmişə aşağılayırlar" / VİDEO 13:19 Ukrayna 14 rus tankerini batırdı - Krımdan qaçanlar "ilan"a sarılıdı 13:08 Bayramovun bəyanatı Ermənistanı silkələdi: Buna görə... 13:07 NATO rəhbərlərinin imzaları yayıldı 13:00 Xameneinin meyiti ortada qaldı - ABŞ İranı bombalarla dağıdır 12:53 Paşinyan Mişustinlə görüşünün nəticələrini açıqladı: Hansı razılaşmalar əldə olunub? 12:49 Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq? 12:32 Paşinyan AÇIQLADI: Konstitusiya ilə bağlı bütün təkliflər artıq müzakirə edilib 12:38 Türk ordusu İran savaşında? - ABŞ bu dəfə işi bitirəcək 12:17 Все новости