Sədr: "Azərbaycan QHT-ləri WUF13-də ən aktiv tərəfdaşlardan olacaq"

Sədr: "Azərbaycan QHT-ləri WUF13-də ən aktiv tərəfdaşlardan olacaq"
12.02.2026 10:30

"Azərbaycan QHT sektoru son illər beynəlxalq platformalarda fəal iştirak edir".

TodayPress TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda WUF13 üzrə təlimdə deyib.

O bildirib ki, 2025-ci ilin ən böyük nailiyyətlərindən biri Qlobal Cənub QHT Platformasının yaradılmasıdır: 

"COP29-dan sonra formalaşan bu platforma 137 ölkədən 1023 QHT nümayəndəsinin dəstəyi ilə təsis olunub və baş qərargahının Azərbaycanda yerləşməsi ölkənin vətəndaş cəmiyyəti üçün mühüm uğurdur. Sürətli urbanizasiya, mənzil çatışmazlığı, iqlimə davamlı olmayan infrastruktur və sosial bərabərsizlik kimi çağırışlar fonunda WUF13 yalnız beynəlxalq tədbir deyil, həm də qlobal sosial platformadır".

Agentlik sədri qeyd edib ki, son WUF12 sessiyasında 182 ölkədən 25 146 iştirakçı qatılıb və vətəndaş cəmiyyəti nümayəndələri tədbirlərdə geniş təmsil olunub.

"2026-cı il üzrə qrant müsabiqələri çərçivəsində WUF13 mövzusu xüsusi istiqamət kimi müəyyən edilib və artıq bu sahədə 49 layihə qəbul olunub. Nəticələr 2026-cı ilin birinci rübündə elan ediləcək".

O həmçinin əlavə edib ki, Urban Həftəsi çərçivəsində Agentlik Qlobal Cənub QHT Platforması ilə birgə Baş Assambleyanın keçirilməsini planlaşdırır və Azərbaycan QHT-lərini bu prosesdə fəal iştirak etməyə çağırıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Сделаем России хуже, чем в 1941-м: в Германии заговорили о возможном ударе 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 Все новости