Azərbaycan yaşıl enerj sahəsində REGİONAL LİDERƏ çevrilir

Azərbaycan yaşıl enerj sahəsində REGİONAL LİDERƏ çevrilir
09.01.2026 11:08

“Azərbaycanın bərpaolunan enerji potensialı kifayət qədər yüksəkdir və bu sahə artıq təkcə ekoloji deyil, həm də strateji-iqtisadi üstünlük kimi çıxış edir”.

Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


Deputat bildirib ki, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının ACWA Power şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın yaşıl enerji üzrə potensialını konkret rəqəmlərlə ifadə edib. Onun sözlərinə görə, təkcə ölkənin külək enerjisi potensialı 150 giqavatdan artıqdır.

Vüqar Bayramov qeyd edib ki, 2030-cu ilədək bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizə çatdırılması hədəfi Azərbaycanın yaşıl enerji strategiyasının əsas sütunlarından biridir. Onun sözlərinə görə, ölkənin ümumi yaşıl enerji potensialı 27 min MVt olaraq qiymətləndirilir ki, bunun 23 min meqavatı günəş enerjisinin payına düşür.

Deputat vurğulayıb ki, Azərbaycan regionda yaşıl enerji istehsalına ən çox sərmayə cəlb edən ölkədir. Son illərdə bu sahəyə 1 milyard ABŞ dollarından çox investisiya yönəldilib. Bu sərmayələr təkcə ölkə daxilində deyil, bütövlükdə regionda enerji effektivliyinin yüksəldilməsinə xidmət edir:

“Rəqəmlər və beynəlxalq müqayisələr göstərir ki, Azərbaycan yaşıl enerji və enerji səmərəliliyinin artırılması sahəsində regionun lider ölkələrindən biridir”.

Vüqar Bayramovun sözlərinə görə, alternativ enerjidən istifadə iqtisadi baxımdan da mühüm əhəmiyyət daşıyır. Hazırda illik 13 milyard kubmetr daxili qaz istehlakı olan Azərbaycanda yeni yaşıl enerji güclərinin istismara verilməsi 2030-cu ildə 1,2 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək.


Deputat qeyd edib ki, qaz istehlakının təxminən 5 milyard kubmetri əhalinin payına düşür və istilik sistemlərində yaşıl enerjidən istifadənin genişlənməsi qaz sərfiyyatının azalması deməkdir:

“Bu, bir tərəfdən ümumi istehlakda yaşıl enerjinin payını artırır, digər tərəfdən isə qaz ixracını genişləndirməklə ölkəyə əlavə valyuta axını yaradır. Nəticədə həm ekoloji fayda əldə olunur, həm də qaz istehlakı optimallaşdırılır”.

Deputat hesab edir ki, alternativ enerjidən istifadə yalnız ekoloji və yaşıl iqtisadiyyat prinsipləri baxımından deyil, eyni zamanda iqtisadi potensialın genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər