Qarabağa gediş üçün yeni qiymətlər

Qarabağa gediş üçün yeni qiymətlər
01.06.2026 15:14

Tarif (Qiymət) Şurası alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğlərini müəyyən edib.

TodayPress TV bu barədə Şuraya istinadən xəbər verir.

Qurum xatırladıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində bölgənin sosial-iqtisadi inkişafı, turizm potensialından istifadənin və strateji əhəmiyyətli ərazilər arasında nəqliyyat əlaqəsinin genişləndirilməsi məqsədilə alternativ olaraq Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu tikilib.

Nazirlər Kabinetinin 1 aprel 2026-cı il tarixli qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda alternativ ödənişli avtomobil yolları yaradıla bilər və bu yoldan istifadə seçimdən asılıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə gediş üçün ödəniş məbləğlərinin təsdiq edilməsi ilə bağlı Şuraya müraciət edilib və bu gün bu məsələyə baxılıb.

Nəqliyyat vasitələrinin alternativ avtomobil yolu ilə gedişi üçün ödənişin məbləği ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 8,6 qəpik (bütün yol üçün 6,99 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üzrə ödənişin məbləği 1 km üçün 10,6 qəpik (bütün yol üçün təxminən 8,62 manat) təşkil edəcək. Avtobuslar üzrə bu yolun 1 km-i üçün ödənişin məbləği 7,1 qəpik (bütün yol üçün 5,77 manat), qoşqulu və yarımqoşqulu, o cümlədən 3 və daha çox oxlu nəqliyyat vasitələrinin ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 17,7 qəpik (bütün yol üçün 14,39 manat) müəyyənləşdirilib.

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ənənəvi yoldan 19,7 km qısa olmaqla, sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması istifadəçilərə vaxtla yanaşı, yanacağa da qənaət etməyə imkan verəcəkdir.

İclasda həmçinin avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən olunması qərara alınıb.

Bu ödənişlərdən daxil olan vəsait təsdiq edilən bölgü əsasında ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur.

Qərar sabahdan qüvvəyə minəcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 Все новости