"Qara bayram"dan uzaq durun - İlahiyyatçıdan XƏBƏRDARLIQ

"Qara bayram"dan uzaq durun - İlahiyyatçıdan XƏBƏRDARLIQ
19.03.2026 16:06

Novruz bayramı ərəfəsində vəfat etmiş insanların yaxınları “qara bayram” adlanan mərasim keçirirlər. 

Bu mərasim zamanı insanlar mərhumların qəbirlərini ziyarət edir, məzarları üzərinə şirniyyat dolu boxça, xonça və səməni qoyurlar.

Bəs "qara bayram" nədir və İslam dinində bu anlayış varmı?

Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan TodayPress TV-yə bildirib ki, bu ifadənin nə dini, nə də köklü milli ənənələrdə əsası mövcuddur. 


Onun sözlərinə görə, İslamda ümumiyyətlə "qara bayram" adlı anlayış yoxdur və bu, sonradan formalaşmış, təhrif olunmuş bir adət kimi qiymətləndirilməlidir:

"Bu ifadə ehtimal ki, müxtəlif dövrlərdə gənc yaşda vəfat edən insanların xatirəsi ilə əlaqədar yaranıb və zamanla müəyyən qədər yayılıb. Mərhumların ziyarət olunması, onlar üçün duaların oxunması və Qurani-Kərimin tilavəti müsbət və savab əməllərdir. Lakin "qara bayram" adı ilə qəbiristanlıqlara müxtəlif qida məhsullarının aparılması və qəbirlərin üzərinə düzülməsi nə dini baxımdan, nə də sağlam ənənələr baxımından düzgün sayılır".

İlahiyyatçı əlavə edib ki, tarixdə bəzi hallarda yoxsul və kimsəsiz insanların qidalanması üçün məzarların üzərinə və ya yaxınlığına qida qoyulması halları olub:

"Bu addım həm ehtiyac sahiblərinə kömək, həm də quşların qidalanması məqsədi daşıyıb. Hətta Abşeron ərazisində bəzi qədim qəbir daşlarında yağış suyunun toplanması üçün xüsusi oyuqların düzəldildiyi və bunun quşlar üçün nəzərdə tutulduğu qeyd olunur. Ola bilər ki, kimsə bayram günü vəfat etmiş yaxınını xatırlayıb ziyarət etsin, bu, təbiidir. Lakin bunu “qara bayram” adı ilə kütləvi şəkildə bir ənənəyə çevirmək düzgün deyil". 

Bununla belə, müasir dövrdə belə davranışların davam etdirilməsinə ehtiyac olmadığını deyən Tural İrfan qeyd edib ki, "qara bayram" adı altında formalaşan bu cür praktikalardan uzaq durmaq daha məqsədəuyğundur.

O bildirib ki, İslamda bayram anlayışı sevinc və şadlıq günü kimi qəbul edilir. Bu baxımdan "qara bayram" ifadəsi mahiyyət etibarilə ziddiyyət təşkil edir və bayram anlayışına matəm çaları qatmaq uyğun deyil. 

"Vəfat etmiş insanları yad etmək, xüsusilə bayram ərəfələrində onların məzarlarını ziyarət edib dua oxumaq gözəl və bəyənilən əməldir. Lakin bunu xüsusi bir ad altında kütləvi ənənəyə çevirmək doğru yanaşma hesab edilmir". 

Tural İrfan sonda qeyd edib ki, bu cür yanaşma nə Azərbaycan xalqının ruhuna, nə də sağlam ənənələrinə uyğundur. Bəzi başqa xalqlarda belə adətlər ola bilər, lakin bu, türk mənşəli xalqların ümumi xarakterinə uyğun deyil. 

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
18 августа 2026
Dünya çempionatında bir idmançımız yoluna davam edir 12:14 İki avarçəkənimiz Amsterdamda Azərbaycan bayrağını zirvəyə daşımağa çalışacaq 11:56 Совет печати осудил угрожающие в адрес Азербайджана высказывания в российском информационном пространстве — ЗАЯВЛЕНИЕ 11:45 Галибаф отправляется в Ирак 11:07 Известная служба грузоперевозок урезала зарплату сотруднику 11:26 На Земле началась магнитная буря — ПРЕДУПРЕЖДЕНИЕ 10:59 Mudrikin dönüşü yaxınlaşır: İngiltərədən ona ciddi təklif var 11:00 Визит Путина на Курилы вызвал гнев Японии: жесткая реакция России на Токио 10:58 Банучичек Насирли обеспечила себе бронзовую медаль на чемпионате Европы 10:44 NBA arzusu üçün millinin oyunlarını buraxdı: Li Hyon Conq şansını sınayır 10:43 Южная Корея переходит к действиям: состоится ли встреча между Трампом и Кимом? 10:25 Yunanıstan tankerinə hücum edildi 10:14 Гарантий выдачи виз гражданам России нет — предупреждение из Женевы 10:03 791 дрон за одну ночь: что происходит в небе над Россией? 09:49 Трудные моменты в столице России: беспилотники атаковали склад Wildberries 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 Швеция приняла меры против торговли с Россией: что происходит в Стокгольме? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Кратчлоу вернулся, но признался: «Я не хочу соревноваться постоянно» 08:36 Землетрясение в Колумбии привело к масштабным разрушениям: озвучена сумма ущерба 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Все новости