Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI

Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI
16.06.2026 21:50

Baş Prokurorluğun İstintaq İdarəsinin Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın detalları məlum olub.

TodayPress TV "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb xüsusilə külli miqdarda qızılın qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinə cəhd edilməsidir.

Əvvəlcədən cinayət niyyəti ilə əlbir olan bir qrup hava nəqliyyatı vasitəsilə ölkəyə milyonlarla dəyəri olan qızıl-zinət əşyaları keçirmək istəyib. Bu işdə qaçaqmalçılara Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisinin müavini İsmayıl Əliyev şərait yaradıb.

Cinayət işi birbaşa Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən nəzarətə götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə halında külli miqdarda qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlk olaraq elə liman rəisinin müavini İsmayıl Əliyev həmin maddə ilə ittiham edilərək həbs edilib.

Bundan əlavə, cinayətlə bağlı idarənin içində xanımlar da olmaqla, başqa əməkdaşları da sorğu-sual edilib, bəziləri istintaqa cəlb olunub. Hazırda iş üzrə geniş ibtidai istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi general-mayor Anar Cahangirovdur. Hələlik qurumdan bu hadisə ilə bağlı heç bir açıqlama gəlməyib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
21 июня 2026
Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 İsrail Ordusu Suriyanın cənubunda irəliləyir 11:24 Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var 11:22 Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə getdi 10:54 Bu ölkədə qırmızı XƏBƏRDARLIQ edildi - SƏBƏB 09:20 Gəncədə evdən meyit tapıldı 09:18 DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəldi 10:03 Ukrayna bu ərazilərə zərbələr endirdi - Ölən və yaralananlar var - YENİLƏNİB 09:23 Prezident seçkilərinin ikinci turu keçiriləcək 09:10 Abituriyentlər bu gün imtahan verəcək 08:59 Rusiya tarixin ən böyük səfərbərliyinə başlayır: Ukrayna savaşı yenidən qızışır 08:52 DÇ-2026: Ekvador Kurasao millisinə qalib gələ bilmədi 09:05 Alman polisindən hökumətə sərt mesaj: “Bu ölkəni itiririk” 23:25 Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur 23:22 Kimlər qan üçün donor ola bilməz? - Həkimdən açıqlama 23:18 Motsartın əvvəllər məlum olmayan əlyazması tapıldı 23:15 İnsan bədəninin humusa çevrilməsi: Almaniyanın bir əyalətində ekoloji dəfn metodu təsdiqləndi 23:13 128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi 23:10 DÇ-2026: Almaniya Fildişi Sahilini məğlub etdi 02:10 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI 00:34 Qəzzada jurnalist həlak oldu 00:26 Все новости