Ukrayna bu ərazilərə zərbələr endirdi - Ölən və yaralananlar var - YENİLƏNİB

Ukrayna bu ərazilərə zərbələr endirdi - Ölən və yaralananlar var - YENİLƏNİB
21.06.2026 09:40

Ukrayna Ordusunun gecə saatlarında Kerç yarımadasına PUA zərbələri nəticəsində 4 nəfər ölüb, daha 28 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Kerç bərə keçidində yerləşən “Panagia” bərəsi də hücuma məruz qalıb. Həmçinin Çuşka qəsəbəsində yerləşən neft terminalında yanğın baş verib.

xxx

Ukrayna Ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Kerç və Krasnodarda limanlara zərbə endirib, yanğınlar baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Qeyd edilib ki, səhər saatlarında Kerç şəhərinə zərbə dronları ilə kütləvi hücum həyata keçirilib. Kerçdə hədəflər arasında dəniz limanı, sənaye zonası, “TES-Terminal”, eləcə də neft məhsulları və mayeləşdirilmiş qazın saxlanılması və daşınması üçün istifadə olunan dəmir yolu terminalı yer alıb.

Krasnodar diyarında – Kerç boğazının Rusiya sahilində yerləşən “Qafqaz” limanında da güclü yanğın qeydə alınıb. Zərbə endirilən ehtimal olunan obyektlər arasında neft məhsullarının yüklənib-boşaldılması kompleksi, həmçinin bərəyə yüklənmədən əvvəl nəqliyyat vasitələrinin və yüklərin toplanaraq gözlədiyi meydança var.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 İsrail Ordusu Suriyanın cənubunda irəliləyir 11:24 Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var 11:22 Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə getdi 10:54 Bu ölkədə qırmızı XƏBƏRDARLIQ edildi - SƏBƏB 09:20 Gəncədə evdən meyit tapıldı 09:18 DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəldi 10:03 Ukrayna bu ərazilərə zərbələr endirdi - Ölən və yaralananlar var - YENİLƏNİB 09:23 Prezident seçkilərinin ikinci turu keçiriləcək 09:10 Abituriyentlər bu gün imtahan verəcək 08:59 Rusiya tarixin ən böyük səfərbərliyinə başlayır: Ukrayna savaşı yenidən qızışır 08:52 DÇ-2026: Ekvador Kurasao millisinə qalib gələ bilmədi 09:05 Alman polisindən hökumətə sərt mesaj: “Bu ölkəni itiririk” 23:25 Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur 23:22 Kimlər qan üçün donor ola bilməz? - Həkimdən açıqlama 23:18 Motsartın əvvəllər məlum olmayan əlyazması tapıldı 23:15 İnsan bədəninin humusa çevrilməsi: Almaniyanın bir əyalətində ekoloji dəfn metodu təsdiqləndi 23:13 128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi 23:10 DÇ-2026: Almaniya Fildişi Sahilini məğlub etdi 02:10 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI 00:34 Qəzzada jurnalist həlak oldu 00:26 Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu 00:30 ADPU-nun müəllimi vəfat etdi 23:29 Sübut yoxdur, ittiham var! - Öldürdükləri jurnalistə qara yaxdılar... 23:36 Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var 22:53 Bütün Xəbərlər