Parlamentari: “Hüquqşünasdan çox süni intellekt mühəndisinə ehtiyacımız var”

Parlamentari: “Hüquqşünasdan çox süni intellekt mühəndisinə ehtiyacımız var”
11.02.2026 11:45

“Rusiya–Qərb qarşıdurması fonunda texnologiya embarqo, sanksiya mexanizmi və kiber silaha çevrilib”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr olunmuş Respublika Elmi Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan öz data arxitekturasını və alqoritmik müstəqilliyini qurarsa, gələcəkdə rəqəmsal asılılığa düşməyəcək:

“Xaricdə təhsil proqramı kadr ixracı deyil, milli texnoloji təhlükəsizlik layihəsi kimi idarə olunmalıdır. Ölkənin ehtiyacı hazırda hüquqşünas və ya iqtisadçılardan daha çox süni intellekt mühəndisi, data analitiki və kibertəhlükəsizlik mütəxəssisidir. Elmdə və rəqəmsal sistemlərdə “xüsusi təyinatlı” kadrlar formalaşdırılarsa, Qələbə gələcəyin rəqabətində də qoruna bilər. Xaricə göndərilən hər bir tələbə Azərbaycanın texnoloji suverenliyinin strateji investisiyası kimi qiymətləndirilməlidir”.

O əlavə edib ki, Cənubi Qafqaz regionunda süni intellekt sahəsində regional rəqabət və əməkdaşlıq mühiti Azərbaycanın mövqeyinin düzgün müəyyənləşdirilməsini zəruri edir:

“Dünyada başlanan “beşinci dalğa” – süni intellekt yalnız texnoloji yenilik deyil, iqtisadi gücün, milli təhlükəsizliyin, dövlət idarəçiliyinin və geosiyasi təsirin yeni ölçüsüdür. XXI əsrdə dövlətlərin gücü təkcə ərazi və resurslarla deyil, məlumat, alqoritm və qərarvermə sürəti ilə müəyyənləşir. Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan eyni coğrafiyada yerləşsələr də, süni intellekt sahəsində fərqli strategiyalar və siyasi seçimlər nümayiş etdirirlər. Azərbaycan sistemli və hüquqi çərçivəyə əsaslanan yol seçib. 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsi dövlətin bu sahəni texnoloji trend deyil, milli inkişaf aləti kimi dəyərləndirdiyini göstərir”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, müasir dünyada dövlətlərin gücü yalnız resurslarla deyil, texnologiya, innovasiya və bilik iqtisadiyyatı ilə müəyyən olunur. O əlavə edib ki, rəqəmsal transformasiya və süni intellekt dövlət idarəçiliyinin, milli təhlükəsizliyin və gənc nəslin gələcəyinin ayrılmaz hissəsidir:

“Azərbaycan “öncə strategiya, sonra texnologiya” prinsipi ilə hərəkət edir və bu yanaşma süni intellektdə “beyin suverenliyi” ideyasını ifadə edir. Ərazi bütövlüyünü və siyasi suverenliyini təmin edən ölkə qarşısına indi texnoloji suverenlik hədəfini qoyub”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Все новости