“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər keçirilir

“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər keçirilir
23.05.2025 17:25 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlərə start verilib. 

TodayPress TV xəbər verir ki, layihə çərçivəsində ilk təlimlər Fövqəladə Hallar Nazirliyinin Gəncə və Cənub Regional mərkəzlərində baş tutub. 

Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Fövqəladə Hallar Nazirliyinin mütxəssisləri tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinə nəzəri, praktiki biliklər təqdim olunub. Təlimlər zamanı könüllülər “İlkin psixoloji yardımın göstərilməsi və fövqəladə hallar zamanı davranış qaydaları” mövzuları ilə bağlı məlumatlandırılıb. 

Növbəti mərhələdə təlimlərə cəlb edilmiş könüllülər əldə etdikləri bilikləri əhali arasında yaymaqla dövlət qurumları tərəfindən aparılan maarifləndirmə işlərinə dəstək göstərəcəklər. 

Qeyd edək ki, layihə 24 iyun tarixinədək davam edəcək və əsas məqsəd fövqəladə hallarda əhaliyə ilkin psixoloji yardımın göstərilməsi və müxtəlif xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarının aşılanmasıdır.

FOTOLAR

“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər keçirilir — 1
“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər keçirilir — 2
“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər keçirilir — 3
“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər keçirilir — 4
“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər keçirilir — 5
“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər keçirilir — 6
“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər keçirilir — 7
“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər keçirilir — 8
“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər keçirilir — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 Bütün Xəbərlər