Ölkənin yeganə radioloqu imiş - Qumbara ilə partladılan həkimdən xəbər

Ölkənin yeganə radioloqu imiş - Qumbara ilə partladılan həkimdən xəbər
01.05.2026 20:35

Hazırda ağır vəziyyətdə, süni tənəffüs aparatına qoşulan və reanimasiyada həyat mübarizəsi aparan həkim Asif Nəsirlinin ölkədə yeganə uşaq radioloqu olduğu üzə çıxıb.

TodayPress TV xəbər verir ki, bu barədə yazıçı Günel Natiq qeyd edib.

Uzun müddətdir onkoloji xəstəlikdən müalicə alan tanınmış yazıçı bildirib ki, bu, böyük boşluq yarada bilər:

“Asif Nəsirli yeganə uşaq radioloqu imiş. Bilirsiniz, o qatil nə qədər insana zərər verdi? Heç kim heç nədən sığortalanmayıb. Sabah kiminsə belə bir ehtiyacı yarananda və mütəxəssis tapılmayanda, yəqin ki, sakitcə indi olduğu kimi “Olur belə şeylər, haqq etmişik” deyəcək”.

Asif Nəsirlinin həyatı da hamar olmayıb. Mediada yayılan məlumata görə, o, bir neçə il əvvəl ağır əməliyyat keçirib, həyatla ölüm arasında qalıb.

Xatırladaq ki, Milli Onkologiya Mərkəzinin Şradiologiya şöbəsində partlayış ötən gün baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü xəstə Mübariz Sahib oğlu Əliyev üzərində gətirdiyi partlayıcı vasitəni Radiologiya şöbəsində partlatması nəticəsində həkim Asif Akif oğlu Nəsirov ağır yaralanıb.

M.Əliyev özü isə ölüb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 Все новости