ETX və MSİM universitetlərdə maarifləndirici görüşlərə başladı

ETX və MSİM universitetlərdə maarifləndirici görüşlərə başladı
26.12.2025 15:45

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) süni intellekt texnologiyalarının etik, məsuliyyətli və təhlükəsiz istifadəsinə dair ölkə üzrə universitetlərdə maarifləndirici seminarlara başlayıb.

TodayPress TV xəbər verir ki, bu çərçivədə ilk görüşlər Azərbaycan Dövlət İqtisad və Azərbaycan Texniki universitetlərində təşkil edilib. 

Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üzrə Süni İntellekt Strategiyası”nın icrası çərçivəsində keçirilən seminarın əsas məqsədi gənclər arasında məsuliyyətli texnoloji yanaşmanın formalaşdırılmasından ibarətdir. 

Elektron Təhlükəsizlik Xidmətinin Fərdi məlumatların mühafizəsi sektorunun rəhbəri Xəyalə Babayeva süni intellekt sistemlərinin tətbiqi zamanı fərdi məlumatların qorunmasının vacibliyini vurğulayıb, bu sahədə mövcud çağırışlar və tətbiq olunan mexanizmlər barədə ətraflı məlumat verib.

Milli Süni İntellekt Mərkəzinin süni intellekt mühəndisləri Zeynəb Əliyeva və Rauf İbişov “deepfake” texnologiyaları mövzusunda praktiki sessiyalar keçib. Onlar real və saxta vizual, eləcə də audioməzmunun ayırd edilməsini nümunələr əsasında izah edib, bu texnologiyaların yaratdığı risklər və onların qarşısının alınması yollarından danışıblar. 

İnteraktiv formatda baş tutan seminarlarda süni intellektə etimadın formalaşdırılması, fərdi məlumatların mühafizəsi, texnoloji risklərin azaldılması, eləcə də gələcəyin mütəxəssislərinin etik və hüquqi məsuliyyəti ilə bağlı digər aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.

TodayPress TV

FOTOLAR

ETX və MSİM universitetlərdə maarifləndirici görüşlərə başladı — 1
ETX və MSİM universitetlərdə maarifləndirici görüşlərə başladı — 2
ETX və MSİM universitetlərdə maarifləndirici görüşlərə başladı — 3
ETX və MSİM universitetlərdə maarifləndirici görüşlərə başladı — 4
ETX və MSİM universitetlərdə maarifləndirici görüşlərə başladı — 5
ETX və MSİM universitetlərdə maarifləndirici görüşlərə başladı — 6
ETX və MSİM universitetlərdə maarifləndirici görüşlərə başladı — 7
ETX və MSİM universitetlərdə maarifləndirici görüşlərə başladı — 8
ETX və MSİM universitetlərdə maarifləndirici görüşlərə başladı — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər