Ölkə üzrə 111 111 ağac əkiləcək

Ölkə üzrə 111 111 ağac əkiləcək
10.11.2025 15:29

Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” çağırışı ilə hər il noyabrın 11-də təşkil olunan genişmiqyaslı ağacəkmə aksiyası artıq Azərbaycanda ənənəyə çevrilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova TodayPress TV-yə bildirib ki, bu il də Azərbaycan qardaş Türkiyənin bu təşəbbüsünü dəstəkləyir.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin bütün bölgələrini əhatə edəcək aksiya çərçivəsində 111 111 ədəd ağac əkiləcək. İnanırıq ki, əkilən bu ağaclar gələcəkdə geniş yaşıllıq sahələrinə çevrilərək, ətraf mühitə böyük tohfə olacaq”, – deyə İradə İbrahimova qeyd edib.

Nazirlik sözçüsü, bu il noyabrın 11-i istirahət gününə düşdüyü üçün Azərbaycanda aksiyanın 12 noyabr tarixində keçiriləcəyini diqqətə çatdırıb.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin və əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsindən başlanan ağacəkmə aksiyasına Türk Dövlətləri Təşkilatı ölkələrinin ölkəmizdəki səfirliklərinin nümayəndələri də qatılacaq. Müşfiqabadda 1 111 ədəd ağac əkiləcək”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Все новости