"Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək

"Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
22.07.2026 15:13

"Neftçi" və "Qarabağ" futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar "Bakı Metropliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.

Bu barədə TodayPress TV-yə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.

Metropolitenin əməliyyat planına uyğun olaraq, ilk gücləndirmə tədbirləri iyulun 22-də "Neftçi" - "Dinamo" (Belarus) matçının keçiriləcəyi 8-ci km stadionu yaxınlığında yerləşən "Xalqlar dostluğu" stansiyasında tətbiq ediləcək. Burada xüsusi növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.

İyulun 23-də isə "Qarabağ" - ÇSKA (Bolqarıstan) görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındakı "Gənclik", o cümlədən "28 May" və "Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək.

Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.

Hər iki oyun başa çatdıqdan sonra zərurət yaranarsa, metropolitenin digər stansiyalarında da qatarların hərəkəti qeyd edilən stansiyaların iş rejiminə uyğun tənzimlənəcək.

Ümumilikdə isə hər iki gün qatarların hərəkəti mövcud yay qrafikinə uyğun təşkil olunacaq.

ЛЕНТА НОВОСТЕЙ
22 июля 2026
İran itkilərini yenilədi- 53 nəfər... 17:32 Rezidenturaya qəbul omlag istəyənlər DİQQƏT! Qeydiyyat başlandı 16:46 «Нефтчи» начал Лигу чемпионов с победы 16:21 Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA 16:55 Peskov Rusiya və Almaniya nümayəndələrinin Bakıdakı görüşündən danışdı 16:14 Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edildi - FOTO 16:34 «Это станет катастрофой для всего мира!» — неожиданное ПРИЗНАНИЕ США 15:33 Ложь Трампа разоблачена: «Ищи другой способ выбраться из болота, в которое попал!» 15:26 Makron nazirin istefasını qəbul etmədi 15:25 Рубио: США не допустят риска распространения ядерного оружия 15:16 "Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək 15:13 Azərbaycan bu ölkə ilə vizanı qarşılıqlı aradan qaldırdı 15:07 Президент подписал 3 указа 14:58 Prezident Rauf Arifoğlunu təltif etdi 14:50 Hitlerin evi polis bölməsinə çevrildi - FOTO 14:09 В Баку возникли интригующие вопросы вокруг тайной встречи между Германией и Россией 13:40 VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi 13:35 Lavrov və Rubionun gözlənilən görüşünün tarixi bəlli oldu 13:24 Израиль считает дни: Вторгнется в Иран по первому же приглашению 13:12 На каких условиях Арзум была выпущена на свободу? 13:01 Sabah neçə dərəcə isti olacaq? 12:58 Кто в Азербайджане зарабатывает больше и меньше всех? — СПИСОК 12:54 Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı 12:50 "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı 12:42 ЧТО глобальные державы ищут в Азербайджане? Аналитик раскрыл шифры 12:35 Все новости