Müğənnilərin dövrü sona çatır? - Həmin mahnılar təəccübləndirdi

Müğənnilərin dövrü sona çatır? - Həmin mahnılar təəccübləndirdi
04.12.2025 14:06

Son vaxtlar “TikTok”da süni intellekt tərəfindən yaradılan ifalar populyarlaşmağa başlayıb. Bir çox istifadəçi hətta bu cür səs modellərinin bəzi müğənnilərdən daha maraqlı və dəqiq səsləndiyini iddia edirlər.

Bəs süni intellekt musiqi sənətində insan faktorunu nə dərəcədə əvəz edə bilər və gələcəkdə müğənnilərin işi hansı istiqamətə dəyişəcək?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan informasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə bildirib ki, süni intellekt (AI) artıq yalnız mətn və şəkil yaratmaqla kifayətlənmir. 


Səs tonunu, nəfəs almanı, vibratoru və emosional keçidləri də çox uğurla təqlid edə bilir. Bu da izləyicilərə insandan daha təmiz və daha stabil ifa təsiri yaradır:

"Son günlər "TikTok"da süni intellektlə yaradılan mahnıların populyarlaşması əslində gözlənilən proses idi. AI musiqi sənayesini sıradan çıxartmır, onu yenidən formalaşdırır. Yəni gələcəkdə müğənnilərin işi bitməyəcək, sadəcə rolu dəyişəcək. Sənətçilər artıq tək səs ifaçısı deyil, öz brendinin, obrazının, hekayəsinin yaradıcısı olmalıdır. Çünki dinləyici AI səsini qəbul etsə də, onun arxasında real insanın şəxsiyyətini, həyat yolunu, emosional tarixçəsini görmək istəyir. Həmin dəyər isə süni intellektlə əvəz edilə bilməz".

Ekspert əlavə edib ki, bütün bunlara baxmayaraq, AI heç vaxt insan duyğusunu tam mənada hiss etdirə bilməz:

"O, emosiyanı yalnız riyazi model kimi simulyasiya edir. Ton yüksələndə hansı hiss yaranır, ritm dəyişəndə hansı effekt alınır, bunları statistik olaraq hesablayır. Amma insanın yaşadığı həyat travmalar, sevinc, itkilər və ya şəxsi təcrübələrdən yaranan, o içdən gələn enerji yalnız insana məxsusdur. Dinləyici də uzun müddət AI musiqisi ilə real ifanın fərqini hiss etməyə davam edəcək".

Əmrah Mövsumzadə qeyd edib ki, süni intellekt musiqidə yeni imkanlar açır, amma insan faktorunu yox etmir. Onun sözlərinə görə, ifaçılar daha yaradıcı, daha fərqli, daha fərdi yanaşmaya üstünlük verməklə özlərini qoruyub daha da gücləndirə bilərlər. AI isə sadəcə bir alətdir, sənəti yaradan yenə də insanın özüdür.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Все новости