Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
04.06.2025 11:03

Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağdərə və Füzulidə düşən yağıntıların miqdarı 6 mm-dək olub.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 4-ü saat 10:00-a olan məlumata əsasən, küləkli və yağıntılı hava şəraiti davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Şahdağda 31, Quba və Qobustanda 24, Daşkəsən və İmişlidə 20, Şəkidə 21, Cəlilabadda 17, Sabirabad, Biləsuvar və Göygöldə 15, Şamaxıda 14, Balakəndə 13, Mingəçevir və Gədəbəydə 12, Zaqatala və İsmayıllıda 10, Xaltan, Qusar, Cəfərxan, Göyçay və Sarıbaşda (Qax) 9, Tərtər, Zərdab, Kürdəmir və Naftalanda 8-dək olub. Bundn başqa, Naxçıvan, Ağsu, Qəbələ, Beyləqan, Ağdam, Xınalıq, Altıağac, Gəncə, Oğuz, Cəbrayıl, Ağstafa, Şəmkir, Bərdə, Şirvan, Tovuz, Yevlax, Xaçmaz, Goranboy, Ordubad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağdərə və Füzulidə 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şahdağda isə qar yağır.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 23, Bakıda və Abşeron yarımadasında 20, Naxçıvanda 16 m/s-yə çatır.

Dənizdə dalğanın dalğanın hündürlüyü 4.8 metrə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da 30, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınır.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti bu gün günün ikinci yarısından tədricən zəifləyəcək.

XƏBƏR LENTİ
31 IYUL 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Bütün Xəbərlər