Metrologiya İnstitutunun səlahiyyətləri artırıldı

Metrologiya İnstitutunun səlahiyyətləri artırıldı
19.12.2025 12:03

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Regional Su Meliorasiya Xidməti arasında ölçmələrin dəqiqliyinin və istehlakçı hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə müqavilə imzalanıb.

Bu barədə TodayPress TV-yə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Müqaviləyə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nəzdində Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyasının idarə edilməsi Azərbaycan Metrologiya İnstitutuna ötürülüb.

Sözügedən laboratoriyada əhali və qeyri-əhali istehlakçıları, həmçinin sənaye müəssisələri tərəfindən istifadə olunan su sayğaclarının yoxlanılması işləri icra olunur. Bundan əlavə, su sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçirilir.

Qeyd edək ki, 2024-cü ildə “Azəriqaz” İB-yə məxsus Sayğacların müayinəsi laboratoriyası və “Azərişıq” ASC-nin Sayğacların test-təmir laboratoriyası Azərbaycan Metrologiya İnstitutunun idarəetməsinə verilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Монстры, боги и Троя — коды «Одиссеи» Нолана: что нужно знать, чтобы понять фильм 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Илон Маск признался, что больше не хочет попрошайничать 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Все новости