Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR!

Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR!
05.08.2026 19:05

Bakı metrosunda həyata keçirilən yeni layihələr tıxacları azaldacaq, sərnişin axınını rahatlaşdıracaq.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Bakı Metropoliteni hər iki xətt ("Yaşıl" və "Qırmızı") üzrə 3 dəqiqə 30 saniyədən az interval təmin edə bilmir:

"Lakin layihələr başa çatdıqdan sonra qatarlararası maksimal interval 2 dəqiqəyə enəcək. Digər istiqamətlərdə isə ehtiyat qatarlar nəzərdə tutulacaq və sərnişin axınının tənzimlənməsi daha səmərəli təşkil ediləcək".

B.Məmmədov bildirib ki, layihənin əsas üstünlüklərindən biri xətlərin müstəqil fəaliyyət göstərəcək olmasıdır: "Bu halda bir xətdə baş verən nasazlıq və ya digər hadisə artıq digər xətlərin işinə təsir etməyəcək. Məsələn, "Qırmızı xət"də problem yaranarsa, "Yaşıl" və "Bənövşəyi" xətlər normal rejimdə fəaliyyətini davam etdirəcək".

Onun sözlərinə görə, dövlət proqramına uyğun olaraq qarşıdakı illərdə 10 yeni stansiyanın tikintisi sərnişindaşıma imkanlarını artıracaq, şəhər mərkəzinə yönələn yerüstü nəqliyyatın yükünü azaldacaq, tıxacların qarşısının alınmasına, mobilliyin yüksəldilməsinə və ictimai nəqliyyatın daha səmərəli təşkilinə töhfə verəcək.

Eyni zamanda, "28 May"-"Həzi Aslanov" istiqamətində sərnişin axınlarının qarışmasının qarşısı alınacaq və metropolitenin istismarı daha səmərəli təşkil olunacaq.

B.Məmmədov vurğulayıb ki, hazırda "Həzi Aslanov" istiqamətindən gələn sərnişinlər "28 May" stansiyasında istədikləri marşrut üzrə hərəkət etmək üçün bəzən bir qatarı buraxaraq növbəti qatarı gözləməli olurlar: "Bu isə minmə və düşmə prosesində əlavə sıxlıq yaradır. Lakin layihə başa çatdıqdan sonra sərnişinlər qarşılarına çıxan ilk qatarla rahat şəkildə mənzil başına çata biləcəklər".

Onun sözlərinə görə, layihənin Bakı Metropoliteni üçün əsas əhəmiyyəti sərnişindaşıma imkanlarının artırılması, hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və istismarın daha səmərəli təşkil edilməsidir: "Şəhər baxımından isə layihə ictimai nəqliyyatın fəaliyyətini yaxşılaşdıracaq, fider zonalarında avtobus və taksi marşrutlarının metro ilə inteqrasiyasını gücləndirəcək, mobilliyi artıracaq və Bakıda sürətlə inkişaf edən mikromobillik həllərinin daha da genişlənməsinə şərait yaradacaq".

ЛЕНТА НОВОСТЕЙ
05 августа 2026
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb 21:13 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 У них был долг, но была и отсрочка: почему в Иране заблокировали счета нефтяной компании? 18:37 США отступили: санкции отменены 18:22 10 новых станций в Бакинском метрополитене: РАДОСТНАЯ НОВОСТЬ для пассажиров 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Долгий перерыв окончен: Мудрик снова на зеленом поле! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Решение, которое изменит судьбу войны — Трамп поставил Зеленского в безвыходное положение 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 В жару обезвоживается не только тело, но и зубы 16:33 Все новости