MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib

MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib
20.06.2026 14:20

Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunub ki, bəzi media resurslarında “Təcili: Azərbaycanda 200 tələbə vəfat etdi”, “Şok: Azərbaycanda 200 tələbə vəfat edib” kimi şişirdilmiş başlıqlardan istifadə edilməsi cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir.


“Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə peşəkar jurnalistika prinsiplərinə ciddi şəkildə riayət etməyə çağırırıq. Xüsusilə statistik məlumatların şərhi zamanı onların mənbəyi, metodologiyası və konteksti düzgün izah edilməlidir.

Bir daha xatırladırıq ki, ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılması zamanı məsuliyyətli və peşəkar yanaşma media subyektlərinin əsas vəzifələrindən biridir”, - açıqlamada deyilir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 июня 2026
Müharibənin dördüncü ilində Qərbin yeni "taktikası" nədir? 20:08 "Neftçi"də daxili transfer: Dayaq nöqtəsi komandada qaldı 19:43 İran Hörmüzü bağladı, ABŞ ordusu hərkətə keçdi - "Boğaz açıqdır" 19:55 Livanda silahlar susur? - Netanyahu ƏMR VERDİ 19:48 İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı 19:17 İran diplomatları İsveçrəyə "ətəyi əlindən uzun" gedir 19:26 "Neftçi" Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi 19:10 Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək 18:56 Moskva Neft Emalı Zavodu tamamilə çökdü - Ukrayna ordusu təsdiqlədi 18:30 Hörmüz boğazı tamamilə bağlandı? - SEPAH bəyanat yaydı 18:34 ABŞ və İran sabah İsveçrədə görüşəcək – Pakistan XİN rəsmi açıqladı 18:40 Vens İranla danışıqlar üçün yaxın günlərdə İsveçrəyə səfər edəcək 18:25 İrandan ABŞ-yə son xəbərdarlıq: Tarixi müqavilə tamamilə ləğv edilə bilər! 18:12 Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji tərəfdaşlığı müzakirə etdilər - YENİLƏNDİ 15:53 Abbas Əraqçi İsveçrəyə səfər edəcək 17:47 Krasnodarda ticarət mərkəzində qanlı hücum: Ölən və yaralılar var - VİDEO 17:45 "Zirə" Ayron Qomislə yollarını ayırdı 17:34 SON DƏQİQƏ! Hörmüz yenidən BAĞLANDI 17:21 Ötən gün axtarışda olan şəxslər tapıldı 17:19 Budanov Polşanın dövlət mükafatından imtina etdi - SƏBƏB NƏDİR? 17:11 Urmiya gölündə suyun həcmi dəfələrlə artdı - RƏSMİ 16:56 "Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzaladı 16:43 Tramp artıq Meloni ilə dostluq etməyəcəək 16:41 DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu 16:32 "Ubisoft"un həmtəsisçisi təyyarə qəzasında öldü 16:14 Все новости