Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev

Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev
27.07.2026 11:54

Sabiq deputat Etibar Əliyev Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyanı tənqid edib.

TodayPress TV xəbər verir ki, o, nazirliyin kitabxana əməkdaşlarını attestasiyadan keçirməsinə və bunun nəticəsində çoxlu insanın işsiz qalmasına etirazını bildirib.

E.Əliyev qeyd edib ki, cüzi məvaciblə və şəraitsiz mühitdə ömürlərini kitab işinə həsr edən bu insanları formal attestasiya adı ilə işsiz qoymaq ədalətli deyil. O, mədəniyyət naziri Adil Kərimovun kitabxana işindən xəbərsiz olduğunu və bu səbəbdən həmin əməkdaşları anlayamayacağını vurğulayıb:


“Mənim kitabxana işçilərinə böyük rəğbətim var. Onlar cüzi məvaciblə ömürlərini kitab işinə həsr ediblər, şəraitsiz mühitdə çalışıblar və bu baxımdan xarakter və nəciblik etibarı ilə bir-birilərinə bənzəyirlər. Kitabxana işindən xəbərsiz olan Adil Kərimov onları anlaya bilməz. İndiki dövrdə formal attestasiya adı ilə onları işsiz qoymaq adil əməl deyil”.

Ekspertin sözlərinə görə, ölkədə minlərlə kitabxananın bağlanması onsuz da işsizlik yaradır və qalan kitabxanaçılara toxunulmamalıdır:

“Ölkədə minlərlə kitabxana bağlanırsa, elə bunun özü işsizlik ordusu yaratmaqdır. Qalan kitabxanalarda çalışan kitabxanaçılara isə toxunmaq lazım deyil. Onların ən az təcrübəlisi kitabı sən nazirdən yaxşı bilir”.

E.Əliyev nazirliyə insanları işsiz qoymaq əvəzinə yeni nəsil kitabxanalar açmağı, mövcud kitabxanaları yeni ədəbiyyatla təmin etməyi, bərbad durumda olan yerlərdə şəraiti yaxşılaşdırmağı və yalnız kitabxanaçıları ixtisas kurslarına cəlb etdikdən sonra bu prosesə başlamağı təklif edib.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
27 июля 2026
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? 14:18 Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE 14:14 Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar 13:59 Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 13:54 U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı 13:51 Ermənilərin atdığı heç bir güllə Fred Asifə dəymirdi... 13:50 Hökməli zibilə batıb - Qoxudan qəsəbəyə girmək olmur 13:43 İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - SƏRƏNCAM 13:36 Dünya çempionatının final hakimi səhnədən getdi 13:29 Ukraynadan tarixi dəyişdirən hesabat - Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı inhisarına son qoyub 13:27 Rektor 670 bal yığan qazaxlı abituriyenti Neft Məktəbini seçməsi üçün razı salmağa çalışır 13:16 Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu 13:11 Kraudfandinq platforması ilə bağlı dövlət rüsumu müəyyənləşdi 13:07 PSJ-nin gənc ulduzu İngiltərə nəhənglərinin radarında 13:04 Сын шехид спас Карабах, а мать спасла дочь... 13:00 Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub? 12:52 Вышел из тюрьмы через 41 год и опозорил генералов — поставил Францию на уши из-за Египта 12:43 Temperatur kəskin yüksələcək - SABAHIN HAVASI 12:36 Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama 12:29 Bakıda jurnalist zibillənmiş çimərlikləri təmizlədi – İctimai yerlər niyə bu hala salınır? 12:12 Следователь, утонувший на Каспии, оказался сыном должностного лица — ФОТО 12:05 Слова нашего известного поэта «Нельзя построить Туран с помощью ислама» взбудоражили социальные сети 11:59 BakuBus 1460 azn maaşa qadın sürücü axtarır 11:56 Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 Все новости