İstehsalat qəzaları ilə bağlı YENİ QƏRAR: Qiymətləndirmə qaydaları dəyişdi

İstehsalat qəzaları ilə bağlı YENİ QƏRAR: Qiymətləndirmə qaydaları dəyişdi
22.05.2026 23:30

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi dərəcəsinin qiymətləndirilməsində tamamilə yeni və ədalətli mexanizm tətbiq olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirlər Kabinetinin 21 may 2026-cı il tarixli qərarı ilə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərərçəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydası" təsdiqlənib. Beynəlxalq təcrübəyə və innovativ rəqəmsal həllərə əsaslanan bu sənəd vətəndaşyönümlü və şəffaf qiymətləndirmə sisteminin qurulmasına imkan verir.

İndiyədək bu sahədə qanunvericiliklə dəqiq meyarlar mövcud deyildi və proses "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın müvafiq bəndinə əsasən kağız daşıyıcılarda icra olunurdu. Yeni Qayda isə prosedurların vahid normativ sənədlə tənzimlənməsini və elektron sistemlər üzərindən daha çevik idarə edilməsini təmin edir.

Yeni sistemin ən mühüm özəlliyi daha ədalətli yanaşmanın tətbiqidir. Belə ki, bundan sonra eyni xəstəlik və ya xəsarətə görə müxtəlif peşə sahiblərinə və fərqli yaş qruplarına fərqli peşə əmək qabiliyyətinin itirilməsi faizi təyin ediləcək.

Qiymətləndirmə zamanı aşağıdakı dörd əsas meyar nəzərə alınacaq:

1. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti;

2. Peşələrin (vəzifələrin) ağırlıq dərəcəsi;

3. Orqanizmin funksiyalarının pozulması faizinin konkret peşələr üzrə təzahür dərəcəsi;

4. Zərərçəkmiş sığortaolunanın yaşı.

Elektron müraciət və qiymətləndirmə prosesi necə aparılacaq?

- Müraciət forması: Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi üçün sığortalı (işəgötürən) və ya sığortaçı "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) vasitəsilə, zərərçəkən şəxs isə "e-sosial" internet portalındakı şəxsi kabinetindən müraciət edə biləcək. Qiymətləndirmə rəsmi göndəriş (Forma 88) və ya məhkəmə qərarı əsasında həyata keçiriləcək.

- Müddət və məlumatlandırma: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göndəriş sistemə daxil olduğu tarixdən etibarən 10 iş günü müddətində qiymətləndirmənin aparılacağı tarix və yer barədə e-sistem üzərindən tərəflərə məlumat göndərəcək.

- Komissiyanın işi: Qiymətləndirməni Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) aparacaq və bu zaman işəgötürənin və ya sığortaçının səlahiyyətli nümayəndəsinin iştirakı təmin ediləcək.

Əgər əmək qabiliyyətinin itirilməsi dərəcəsi müddətli təyin olunubsa, həmin müddət bitdikdən sonra xəstəlik və ya zədə davam edərsə, şəxs təkrar qiymətləndirilmədən keçəcək. Şəxsdə bu dərəcənin müəyyən edilməsinə əsas verən iki fərqli xəstəlik və ya zədə olduqda, yekun qiymətləndirmə daha yüksək faiz dərəcəsi ilə aparılacaq.

Bundan başqa, komissiya sığortaolunanın müalicə, əlavə qidalanma, dərman və reabilitasiya vasitələri kimi əlavə xərclərə ehtiyacının olub-olmadığını da müəyyənləşdirəcək.

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 Все новости