İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır?

İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır?
29.06.2026 15:14

Supermarketlərdə, digər satış məntəqələrində və ictimai yerlərdə istehlakçıların bilmədən məhsul sındırması halları tez-tez baş verir. Belə vəziyyətlərdə bəzi mağazalar istehlakçıdan zərərin dərhal ödənilməsini tələb edir.

Maraqlıdır ki, qanun buna nə deyir?

Mövzu ilə bağlı hüquqşünas İntiqam Hacıyev TodayPress TV-yə bildirib ki, satıcının alıcını mağazada saxlamaq, hansısa bir əşyasını girov götürmək, yaxud onu yerindəcə ödəniş etməyə məcbur etmək hüququ yoxdur.


Onun sözlərinə görə, satıcı hadisəni aktlaşdırıb, təhlükəsizlik kameralarının görüntülərini də əlavə edərək məhkəməyə müraciət edə və zərərin ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.

Hüquqşünas qeyd edib ki, məhsulun pulu ödənilməyib və alıcıya təhvil verilməyibsə, o hələ də satıcının mülkiyyətində sayılır. Bu səbəbdən də məhsulun təsadüfən zədələnməsi və ya məhv olması riski satıcının üzərində qalır.

Ancaq alıcının qəsdi və ya kobud ehtiyatsızlığı olarsa, vəziyyət fərqli olur.

“Məsələn, alıcı qəsdən məhsulu yerə atıb sındırırsa və ya mağazada qaçaraq, normal olmayan davranış nəticəsində məhsullara zərər vurursa, bu halda dəymiş zərəri ödəməlidir”, – deyə hüquqşünas bildirib.

Yəni məhsulun sındırılması hər zaman alıcının onu ödəməli olduğu anlamına gəlmir. Burada əsas məsələ hadisənin necə baş verməsi və alıcının təqsirinin olub-olmamasıdır. Bu isə zərurət yaranarsa, məhkəmə tərəfindən qiymətləndirilir.

Xanım Musayeva

ЛЕНТА НОВОСТЕЙ
29 июня 2026
Sevgi ağrısı nədir? Psixosomatika bu hissi necə izah edir? 15:50 FN F2000: Bullpup dizaynın innovativ nümunəsi 18:02 "Qəbələ" Kouya Mabena ilə müqavilə imzaladı 17:46 Каким Кадир Инаныр напомнил Азербайджан сквозь зеркало повести Айтматова «Тополек мой в красной косынке»? 17:25 АЖД переходит на летний график работы 17:13 Liam Rosenyor "Paris"lə anlaşmağa yaxındır 17:06 Lupus xəstəliyi niyə yaranır? Simptomlar və uzunmüddətli nəzarət yolları 14:32 SSRİ-ni naxçıvanlılar dağıtdı... - Moskvanın "palaz altına süpürdüyü" həqiqət - VİDEO 16:52 Bəzi ərazilərdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 16:40 “Ət xalını” evdə götürmək istəyənlərə XƏBƏRDARLIQ - Bu səhvə qurban gedə bilərsiniz 16:36 Запрет на телефоны в школах узаконен: министр утвердил решение 16:35 Венесуэла остается во власти землетрясений 16:30 Rusiyadan Zəngəzuru qarışdıran açıqlama 16:25 Вооруженное нападение, потрясшее Германию: есть погибшие 16:19 Türkiyədə "kütləvi" əməliyyat - Yüzlərlə şəxs həbs olundu 16:14 DÇ-2026: Bu milli komandalar 1/16 final oyununa çıxırlar 16:09 Россия сделала признание по поводу сбитого самолета AZAL 16:08 Ana dilində danışmaq istəyən türklər Bakıda birinci qurultay keçirdi - Türkiyənin və SSRİ-nin taleyini dəyişdirdilər 16:01 В Баку вместо туристов прибывают дожди: пляжный сезон закрывается, не успев открыться 15:50 Трамп: Завтра в Дохе состоится встреча с Ираном 15:42 Birinci Türkoloji Qurultaya həsr olunan beynəlxalq tədbir keçiriləcək 15:39 İnsulin müqaviməti necə formalaşır? Qarşısının alınması və idarəsi 14:25 Anomal istilər Almaniyada onlarla şəxsin həyatına səbəb oldu - STATİSTİKA 15:30 İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır? 15:14 Bakı metrosunun "Bənövşəyi xətti" yay qrafikinə keçir 15:08 Все новости