Avtobuslarda tüstülənmə niyə baş verir? - AÇIQLAMA

Avtobuslarda tüstülənmə niyə baş verir? - AÇIQLAMA
21.04.2026 17:17

"Avtobusların tüstülənməsi və bu kimi texniki nasazlıqlar, xüsusilə də istismar müddəti çox olan və ya texniki baxışı vaxtında və keyfiyyətli aparılmayan nəqliyyat vasitələrində daha çox müşahidə olunur".

Bu fikirləri TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev deyib.


Onun fikrincə, avtobusda baş verən tüstülənmə mühərrik sistemində nasazlıq, yanacaq sistemində düzgün yanmama prosesi, turbin və ya egzoz (çıxış) sistemində problem, eləcə də yağ sızması və ya soyutma sistemində çatışmazlıqla bağlıdır.

"Çünki bu kimi hallarda mühərrikdə yanacaq tam yanmadıqda və ya artıq yüklənmə olduqda qalın tüstü əmələ gəlir ki, bu da həm texniki qüsurun, həm də istismar rejiminin düzgün qurulmadığının göstəricisidir. Xüsusilə dizel mühərrikli avtobuslarda qara tüstü yanacağın natamam yanmasını, ağ tüstü soyutma mayesinin yanma kamerasına düşməsini, mavi tüstü isə mühərrik yağının yanmasını göstərir və hər biri artıq ciddi nasazlığın siqnalıdır. Belə problemlər təkcə ekoloji çirklənmə yaratmır, eyni zamanda sərnişinlərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün də real risk formalaşdırır". 

Ekspert əlavə edib ki, tüstülənmə ilə müşayiət olunan nasazlıq bəzi hallarda mühərrikin qızmasına, qəfil dayanmasına, hətta daha ağır hallarda yanğın təhlükəsinə qədər gedib çıxa bilər.

"Xüsusilə sıx şəhər trafikində hərəkətdə olan avtobusun qəfil dayanması arxadan toqquşma riskini artırır, salon daxilində isə sərnişinlərin panikaya düşməsi və xaotik vəziyyət yaranması mümkündür. Problemin kökündə isə çox vaxt müntəzəm texniki baxışın formal xarakter daşıması, ehtiyat hissələrinin vaxtında dəyişdirilməməsi, sürücülərin nəqliyyat vasitəsinin texniki vəziyyətinə operativ reaksiya verməməsi və ümumilikdə istismar intizamının zəif olması dayanır".

O vurğulayıb ki, bu səbəbdən belə halların qarşısını almaq üçün avtobus parklarında ciddi texniki nəzarət mexanizmlərinin tətbiqi, gündəlik baxışların real və şəffaf keçirilməsi, köhnə nəqliyyat vasitələrinin mərhələli şəkildə yenilənməsi və sürücülərin texniki nasazlıqları vaxtında aşkar edib xəttə çıxmamaq məsuliyyətinin artırılması vacibdir. Əks halda bu kimi “sadə tüstülənmə” kimi görünən hallar daha böyük qəzaların başlanğıcı ola bilər.

Qeyd edək ki, son günlər ictimai nəqliyyat vasitələrində, xüsusilə də avtobuslarda tüstülənmə və texniki nasazlıqların yaranması ilə bağlı görüntülər yayılıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Bütün Xəbərlər