Gənclər niyə bölgələri tərk edib Bakıya üz tutur?

Gənclər niyə bölgələri tərk edib Bakıya üz tutur?
06.07.2026 16:05

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı və daxili miqrasiya uzun illərdir müzakirə olunan əsas məsələlərdən biridir. Xüsusilə paytaxt Bakı ilə bölgələr arasında infrastruktur və məşğulluq sahəsində mövcud fərqlər gənclərin yaşayış yeri seçimində mühüm rol oynayır.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı TodayPress TV-yə bildirib ki, Bakı ilə regionlar arasında infrastruktur və məşğulluq baxımından hələ də fərqlər qalır mövcuddur.


Onun sözlərinə görə, paytaxtın üstün imkanları əhalinin, xüsusilə də gənclərin Bakıya üz tutmasını şərtləndirən əsas amillərdəndir:

"Bakı ilə bölgələr arasında infrastruktur və məşğulluq baxımından müəyyən fərqlər mövcuddur. Paytaxtda nəqliyyat, səhiyyə, təhsil, internet, kommunal xidmətlər və digər ictimai infrastruktur daha inkişaf etmişdir. Eyni zamanda, iş imkanları daha çox olduğu üçün əhalinin böyük hissəsi məşğulluq məqsədilə Bakıya üz tutur. Bölgələrdə isə bəzi sahələrdə inkişaf olsa da, yüksək maaşlı iş yerlərinin və müxtəlif peşə imkanlarının məhdud olması gənclərin paytaxta köç etməsinə səbəb olur".

İqtisadçı hesab edir ki, regionlarda gənclərin fəallığının artırılması üçün onların təhsil və peşə hazırlığı imkanlarının genişləndirilməsi, həmçinin innovativ təşəbbüslərin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.

"Regionlarda gənclərin fəallığını artırmaq üçün onların təhsil, peşə hazırlığı, sahibkarlıq və innovasiya imkanlarına çıxışı genişləndirilməlidir. Gənclər üçün təlim proqramlarının, startap layihələrinin, idman və mədəniyyət mərkəzlərinin, könüllülük proqramlarının və yerli təşəbbüslərin dəstəklənməsi onların ictimai və iqtisadi həyatda daha fəal iştirakına şərait yaradar. Eyni zamanda, rəqəmsal bacarıqların inkişafı və distant iş imkanlarının artırılması da gənclər üçün yeni perspektivlər açar".

Ekspert vurğulayıb ki, daxili miqrasiyanın qarşısını inzibati üsullarla deyil, regionların iqtisadi cəlbediciliyini artırmaqla almaq mümkündür:

"Daxili miqrasiya axınının qarşısını almaq üçün bölgələrdə iqtisadi inkişaf sürətləndirilməli, yeni istehsal və xidmət müəssisələri yaradılmalı, kiçik və orta sahibkarlıq dəstəklənməlidir. Müasir infrastrukturun qurulması, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının artırılması, sosial və mədəni mühitin yaxşılaşdırılması insanların yaşadıqları bölgədə qalmasına stimul verər. Dövlət, özəl sektor və yerli icmaların koordinasiyalı fəaliyyəti regionların inkişafında həlledici rol oynayacaq. Nəticədə regionların inkişafı sürətlənə, məşğulluq imkanları arta və paytaxta miqrasiya meyli əhəmiyyətli dərəcədə azala bilər", - deyə Akif Nəsirli fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июля 2026
İlham Əliyev Neft Fondunun büdcəsini təsdiqlədi 18:21 Tramp və Zelenski Putini “yola gətirməyə” çalışacaq 18:16 Kadırov “məcburam” deyir, amma postu əldən vermir 18:08 Paşinyan Mişustinlə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi 17:55 Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı 17:39 Каспийское море «выплевывает» яд — Что сливается в море? 17:00 Rusiya Ukraynanın işığını yanmağa qoymur 16:57 Израиль принял политический сигнал... – Политолог раскрыл подробности 16:56 Amerika silahlı İŞİD-lə qarşılaşmaqdansa, Şaraanın əlini sıxmağa razıdır 16:50 Paşinyan Rusiyaya "elçi getdi" – Bəlkə də bağışladılar... 16:53 Azərbaycandan Ermənistana 30 vaqon propan qazı göndərildi 17:10 День, обрекший Армению на несчастье: Как было узаконено историческое посягательство на Азербайджан 16:46 Himalay dağlarında robot ordu: 3 milyard insan təhlükədə - VİDEO 16:47 Britaniya rusların boğazına çökdü - Noviçoku Moskvaya yeritdi 16:48 Putinin partiyası Kadırovu yenidən "bəy" elan etdi: 19 illik taxt-tac oyunu necə davam edəcək? 16:40 В Анкаре наблюдается историческое столпотворение: кортеж Трампа стал всемирно известным 16:41 Belarusdan kritik çıxış - Yeni savaşın mesajları necə oxundu? 16:37 Azərbaycanda klublar milli komandaya oyunçu verə bilmir – Fazil Mustafa 16:33 Rusiya Ukraynada "SOCAR"ın məntəqəsini vurdu: Azərbaycan nota verdi 16:21 Rus xalqı oğullarını yeni milyonluq orduya qurban verəcək? 16:16 Gənclər niyə bölgələri tərk edib Bakıya üz tutur? 16:05 Omskda neft zavodu vuruldu - VİDEO 15:56 ВНИМАНИЮ собственников земли: Добавлены новые требования к законодательству 15:49 Мы освободили страну, но они оккупировали разум молодежи – Информационная война перешла все границы 15:44 Cəmi bir çamadanla hakimiyyəti tərk edən Baş nazirin üstündə bir qəpik də yox idi - Nəsib bəy Yusifbəylinin tarixi faciəsi 15:30 Все новости