Azərbaycanda bu şəxslərin pensiya yaşı artırılacaq

Azərbaycanda bu şəxslərin pensiya yaşı artırılacaq
22.06.2026 10:46 Cəmiyyət

Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq.

TodayPress TV xəbər verir ki, 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq.

Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiyaya çıxma yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək, kişilərin yaş həddi isə 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:



Həmin qanuna görə, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” Qanuna əsasən, əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə sosial müavinət (2023-ci ilin yanvarın 1-dən 220 manat) almaq hüququ var.

Sığorta göstəricilərinə əsasən, fərdi hesabında toplanmış pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir. Hazırda minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə əmək pensiyası ömürlük təyin edilir.

Xatırladaq ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2025-cü il iyulun 1-dən 6 ay artırılaraq 64 il 6 ay edilib. Bu göstərici 30 iyun 2026-cı ilədək keçərlidir.

XƏBƏR LENTİ
13 AVQUST 2026
Husilərdən Səudiyyəyə növbəti zərbə: "Saudi Aramco" PUA ilə vuruldu 19:41 Avropanın əsas sursat zavodlarından birində PARTLAYIŞ - VİDEO 19:25 İran və ABŞ qapalı qapılar arxasında danışır – Pakistan rəsmisi BƏYAN ETDİ 19:13 "Qarabağ" və "Dinamo"nun start heyətləri bəlli oldu! 19:05 ABŞ köməyi kəsdi, Avropa isə artırdı - Kiyevə milyardlarla avroluq paket 18:49 AQTA-dan bitki yağı idxalçılarına XƏBƏRDARLIQ! 18:36 Üç ölkənin hərbi ittifaqı kimə qarşıdır? – Pakistan səfirindən bəyanat 18:31 Ermənistan məhsulları Rusiya bazarına qayıdır, lakin... 18:22 Tehran TƏKZİB ETDİ: Hörmüz boğazında nəzarət İranın əlindədir! 18:15 Lənkəranda açıq sahədə yanğın - VİDEO 18:05 Fransa İslam fondunu faydasız hesab etdi, maliyyə dəstəyini dayandırdı 18:01 Çin və Belarus birgə hərbi təlimə başladı 17:52 Sanae Takaiçi xalqa müraciət etdi 17:44 Ferstappen üçün böyük seçim: “Red Bull”la qalacaq, yoxsa gedəcək? 17:31 Prezidentin bəyanatları xarici mətbuatın gündəmində 17:26 Elon Mask Grok 4.6-nı təqdim etdi 17:14 Husilər Yəməndə hökumət qüvvələrinə hücum etdi: Ölən və yaralananlar var 16:52 Sabahdan külək güclənir – Hansı ərazilər risk altındadır? 15:44 İspaniya futbolunda texnoloji inqilab: çipli toplar gəlir! 16:46 Fransada isti hava böhranı: Zərərin məbləği milyardları keçdi 15:14 İstanbul “El Klasiko”ya hazırlaşır – Superkubokun ünvanı bəlli oldu! 16:50 Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir 15:24 Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi 15:18 Türkiyədə turist gəmisi yandı - 115 nəfər... 15:33 Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu 16:10 Bütün Xəbərlər