FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi

FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
15.12.2025 11:45

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

TodayPress TV xəbər verir ki, müraciətdə bildirilib ki, havaların soyuması ilə qazla işləyən qızdırıcı cihazlardan istifadənin çoxalması məişətdə dəm qazı təhlükəsini daha da artırır.

Qeyd olunub ki, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər.

Dəm qazının iysiz olduğu və hiss edilmədiyi nəzərə alınaraq, mümkün fəsadların qarşısının alınması üçün FHN aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

* istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;

* cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

* havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

* hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

* tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir.

Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
"Hər dəfə yeni rəhbərə uyğunlaşırıq" - Fransada siyasi böhran işçiləri sarsıtdı 18:13 Rusiya hərbi təyyarələri Baltik səmasında - Litva detalları açıqladı 18:02 Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi 17:57 Kamran Əsədov ev dustaqlığına buraxılmadı 17:46 Прояснилась дальнейшая судьба сотрудников Бакинского университета для девушек 17:30 Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək 17:29 Yenidən formalaşdırılan Ermənistan hökümətinin tərkibi - TƏCİLİ 17:19 Aİ təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir 17:11 Xırdalanda ər və arvad arasında insident olub - KİŞİ ÖLÜB 17:02 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır 16:44 Подарок Зеленского, Пашиняна и Токаева женщине-лидеру вызвал интерес 16:42 Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu 16:28 Талибан поделится своим опытом с Молдовой 16:27 Bakıda BƏƏ-nin Hərbi Attaşeliyi açıldı 16:10 Иран отказывается от хуситов? — Шокирующее заявление из Тегерана 16:08 Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib 15:48 XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub 15:53 Козырь Анкары на море: тихая, но смертоносная сила 15:48 SOCAR AÇG layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını aldı 15:41 "Sabah"ın UEFA Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi 15:22 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçildi 15:15 Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətindədir 15:05 “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq 14:37 Срочная мобилизация в Израиле: призвано 240 тысяч военнослужащих 14:37 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi 14:30 Все новости