SOCAR AÇG layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını aldı

SOCAR AÇG layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını aldı
03.08.2026 15:37

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi üzrə "Itochu" korporasiyasına məxsus iştirak payını alıb.

Bu barədə TodayPress TV-yə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, iştirak payının alınmasına dair müvafiq sənədlər imzalanıb, alqı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə, SOCAR-ın daxili normativ qaydalarına, habelə müqavilə üzrə mövcud tənzimləyici öhdəliklərə uyğun olaraq həyata keçirilib.

Alqı-satqı prosesinə qədər "Itochu" korporasiyası AÇG layihəsində 3,65 % iştirak payına malik olub. Beləliklə, SOCAR-ın AÇG layihəsində iştirak payı 31,65 %-dən 35,3 %-ə çatıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib ki, AÇG layihəsi uzun illərdir ölkəmizin və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir: "Eyni zamanda, cari ildə AÇG yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatının başlanması layihənin gələcək inkişafı və Azərbaycanın qaz potensialının artırılması üçün yeni imkanlar açır. Layihənin icrasında uzun illər ərzində oynadığı rola və səmərəli tərəfdaşlığa görə "Itochu" korporasiyasına təşəkkürümüzü bildiririk. Əminik ki, layihə bundan sonra da tərəfdaşların birgə səyləri, yüksək əməliyyat standartları və qarşılıqlı etimad əsasında uğurla həyata keçiriləcək".

"Itochu" korporasiyasının baş əməliyyat direktoru, Enerji və enerji həlləri Bölməsinin baş icraçı direktoru Tetsuya Yamada bildirib ki, "Itochu" 1996-cı ildə Azərbaycana sərmayə yatıran ilk Yaponiya şirkəti olduqdan sonra son üç onillik ərzində AÇG layihəsi və enerji sahəsində digər investisiyalar vasitəsilə SOCAR ilə möhkəm tərəfdaşlıq qurub: "AÇG son dərəcə uğurlu layihədir və uzun illər ərzində sahib olduğumuz bu aktivin SOCAR-a ötürülməsi barədə qərarımız həm "Itochu"nun inkişaf edən strateji prioritetlərini, həm də SOCAR ilə tərəfdaşlığımızı daha da dərinləşdirmək öhdəliyimizi əks etdirir. Buna görə də bu satış "Itochu"nun Azərbaycandan çıxması demək deyil, əksinə, tərəfdaşlığımızda yeni mərhələnin başlanğıcını ifadə edir. Azərbaycan "Itochu"nun investisiya və ticarət fəaliyyəti üçün mühüm bazar olaraq qalacaq. SOCAR ilə əməkdaşlığımızı daha da gücləndirməyi və həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda yeni biznes imkanlarını birgə dəyərləndirməyi səbirsizliklə gözləyirik".

Xatırladaq ki, SOCAR Azərbaycanda yerləşən qlobal enerji şirkətidir. Şirkət enerji resurslarının hasilatı, emalı və paylanması üzrə ixtisaslaşır. Cənubi Qafqaz regionunun ən böyük inteqrə olunmuş enerji müəssisəsi olan SOCAR beynəlxalq bazarlarda da əhəmiyyətli mövqeyə malikdir.

Qeyd edək ki, 1858-ci ildə təsis edilmiş "Itochu" korporasiyası Yaponiyanın ən iri ticarət və investisiya konqlomeratlarından biridir. Təxminən 61 ölkədə 90 ofisi olan "Itochu" dünya üzrə enerji, faydalı qazıntılar, sənaye müəssisələri, avtomobil sənayesi, kimya, qida və digər sahələrdə iri investisiya və ticarət fəaliyyəti həyata keçirir.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Aİ təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir 17:11 Xırdalanda ər və arvad arasında insident olub - KİŞİ ÖLÜB 17:02 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır 16:44 Zelenski, Paşinyan və Tokayevin qadın liderə verdiyi hədiyyə maraq doğurdu 16:42 Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu 16:28 Taliban Moldova ilə öz təcrübəsini bölüşəcək 16:27 Bakıda BƏƏ-nin Hərbi Attaşeliyi açıldı 16:10 İran husilərdən imtina edir? - Tehrandan şok açıqlama 16:08 Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib 15:48 XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub 15:53 Ankaranın dənizdəki kozırı - Səssiz, amma ölümcül güc 15:48 SOCAR AÇG layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını aldı 15:41 "Sabah"ın UEFA Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi 15:22 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçildi 15:15 Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətindədir 15:05 “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq 14:37 İsraildə təcili səfərbərlik - 240 min hərbçi geri çağırıldı 14:37 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi 14:30 ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ 14:11 Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək 14:06 Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi 13:56 İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi 13:38 Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokol təsdiqləndi 13:18 Vəzifəli şəxslər həbs olundu 13:15 Gənc cüdoçularımız Skopyedə uğur üçün tatamiyə çıxacaq 13:10 Bütün Xəbərlər