Əziz Zeynalov: Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu daha da gücləndirilməlidir

Əziz Zeynalov: Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu daha da gücləndirilməlidir
10.07.2026 11:18

Nəsimi Rayon Bələdiyyəsində "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" mövzusunda tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov qonaqları salamlayaraq belə görüşlərin dövlət qurumları, bələdiyyələr və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və dövlət-vətəndaş münasibətlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir:

"Dövlət başçısının bildirdiyi kimi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ardıcıl və prinsipial şəkildə aparılmalıdır. Bu prinsip hər bir dövlət və yerli özünüidarəetmə orqanının fəaliyyətində əsas meyar olmalıdır".

Bələdiyyələrin cəmiyyətə ən yaxın idarəetmə institutlarından biri olduğunu qeyd edən sədr bildirib ki, onların fəaliyyətinin əsasını qanunun aliliyi, şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğu təşkil etməlidir:

"Bələdiyyələr öz fəaliyyətində qanunun aliliyini, şəffaflığı, hesabatlılığı və vətəndaş məmnunluğunu daim rəhbər tutmalıdır. Hesab edirəm ki, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlıq və ictimai nəzarətin gücləndirilməsi sağlam və səmərəli idarəetmənin vacib şərtlərindəndir", – deyə sədr əlavə edib.

Əziz Zeynalov çıxışının sonunda tədbirdə səsləndiriləcək fikir və təkliflərin gələcək fəaliyyət üçün əhəmiyyətli olacağına inandığını ifadə edib.

"Əminəm ki, bugünkü tədbirdə səsləndiriləcək fikir və təkliflər gələcək fəaliyyətimiz üçün faydalı olacaq, dövlət qurumları, bələdiyyələr və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək".

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
22 июля 2026
Okeanlarda həyatı məhv edə biləcək proses başladı – Alimlər həyəcan təbili çalır 22:24 İnsan Yer tarixində “son saatda” meydana çıxıb 22:10 İran Süleymaniyəyə güclü zərbələr endirir - VİDEO 01:27 “Taktiki bomba ilə məhv ediləcək” – İranla bağlı iddia 00:44 SON DƏQİQƏ: İsrailin Bəhreyndəki səfirliyində partlayış oldu - İDDİA 00:40 İran, İraq, Əfqanıstan… Tramp bütün müharibələri bir siyahıda topladı 00:29 Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur 23:48 Zelenski Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin etdi 23:45 “Heç kimin təsəvvür edə bilməyəcəyi qədər zəiflədilər” - Tramp 23:33 Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Zelenski Fedorovla görüşdü - Rəsmi Kiyev detalları açıqlamır 22:33 “İndi geri çəkilsək, İran 25 ilə…” - Tramp 21:45 Çempionlar Liqası: "Sabah" "KuPS"a qalib gəldi - YENİLƏNDİ 20:02 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Все новости