Ekoloji cinayətlər və iqlim dəyişmələri üzrə mübarizədə "Belem Bəyannaməsi" qəbul edildi

Ekoloji cinayətlər və iqlim dəyişmələri üzrə mübarizədə "Belem Bəyannaməsi" qəbul edildi
23.10.2025 11:29 Cəmiyyət

Ekoloji cinayətlər və iqlim dəyişmələri üzrə mübarizədə "Belem Bəyannaməsi" qəbul edilib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliyaya səfərə gedib.

Belem şəhərində COP30 çərçivəsində "Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu" adlı beynəlxalq plenar iclas öz işinə başlayıb.

Tədbirin açılış mərasimində çıxış edən Braziliyanın Baş prokuroru Paulo Qonet iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə, xüsusilə prokurorluq orqanlarının artan rolunu vurğulayıb, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Paulo Qonet, həmçinin, Azərbaycan Respublikasına COP29-a uğurla ev sahibliyi etdiyinə görə və bu beynəlxalq konfrans çərçivəsində Mavi zonada Azərbaycan Prokurorluğu tərəfindən təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli beynəlxalq tədbirə görə xüsusi təşəkkürünü ifadə edib.

Plenar iclasda çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər, ətraf mühitin mühafizəsi sahəsində görülən çoxşaxəli işlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi və bu prosesdə prokurorluq orqanlarının fəal rolu barədə ətraflı məlumat verib.

Çıxış zamanı dövlətimizin başçısının 25 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı fikirlərə toxunularaq, Xəzər dənizində ətraf mühitə zərər vuran cinayətlərə qarşı mübarizədə regional səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.

Baş prokuror, həmçinin, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ), Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq qurumlarla sıx əməkdaşlığın həyata keçirildiyini bildirib.

Qeyd edib ki, 2024-cü ilin 15 noyabrında COP29 çərçivəsində Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda yüksək səviyyəli beynəlxalq tədbir keçirilib və tədbirdə 200-dən çox xarici və yerli nümayəndə iştirak edib.

Tədbir çərçivəsində "Belem Bəyannaməsi" qəbul edilib.

Bəyannamədə prokurorluq orqanlarının ətraf mühitin qorunması, iqlim ədalətinin təmin olunması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı vəzifələri əksini tapıb.

Plenar iclasdan sonra Baş prokuror Braziliyanın aparıcı televiziya kanallarına müsahibə verib.

Müsahibə zamanı Azərbaycan Prokurorluğunun iqlim cinayətləri ilə mübarizə sahəsində topladığı təcrübə, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin vacibliyi, həm ölkələr, həm də prokurorluq orqanları arasında sıx əlaqələrin və etimad mühitinin mövcud olması, eləcə də ölkə rəhbərlikləri səviyyəsində əməkdaşlığın yüksək səviyyədə qurulması vurğulanıb.

Bundan başqa, Baş prokuror COP29 çərçivəsində Azərbaycan Prokurorluğu tərəfindən təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirin sonunda qəbul olunan "Baku Call to Action" sənədini xatırladaraq, həm bu təşəbbüsün, həm də "Belem Bəyannaməsi"nin qlobal miqyasda iqlim ədalətinin təmininə və ekoloji cinayətlərə qarşı birgə səylərin artırılmasına mühüm töhfə verdiyini qeyd edib.

TodayPress TV

FOTOLAR

Ekoloji cinayətlər və iqlim dəyişmələri üzrə mübarizədə "Belem Bəyannaməsi" qəbul edildi — 1
Ekoloji cinayətlər və iqlim dəyişmələri üzrə mübarizədə "Belem Bəyannaməsi" qəbul edildi — 2
Ekoloji cinayətlər və iqlim dəyişmələri üzrə mübarizədə "Belem Bəyannaməsi" qəbul edildi — 3
Ekoloji cinayətlər və iqlim dəyişmələri üzrə mübarizədə "Belem Bəyannaməsi" qəbul edildi — 4
Ekoloji cinayətlər və iqlim dəyişmələri üzrə mübarizədə "Belem Bəyannaməsi" qəbul edildi — 5
Ekoloji cinayətlər və iqlim dəyişmələri üzrə mübarizədə "Belem Bəyannaməsi" qəbul edildi — 6
Ekoloji cinayətlər və iqlim dəyişmələri üzrə mübarizədə "Belem Bəyannaməsi" qəbul edildi — 7
XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər