Əhməd İsmayılov: “Media və dövlət arasında sağlam dialoq qurulur”

Əhməd İsmayılov: “Media və dövlət arasında sağlam dialoq qurulur”
01.05.2026 10:32

“Artıq üç ildir ki, ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən Forum dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi özünü təsdiqləmişdir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə təşkil olunan “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumda Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır:

“Bildiyiniz kimi, 2026-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu il 17-22 may tarixlərində isə Bakıda qlobal əhəmiyyətli möhtəşəm tədbir – Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) keçiriləcəkdir. Artıq Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu” mövzusunda silsilə məlumatlandırma sessiyaları təşkil olunmuşdur. Mövzunun spesifik cəhətini və müstəsna ictimai əhəmiyyətini nəzərə alan jurnalistlərimizin məlumatlandırma sessiyalarında fəal iştirakı cəmiyyətin informasiya ilə təminatında öz ciddi təsirini göstərəcəkdir”.

Ə.İsmayılov əlavə edib ki, Azərbaycanda şəhərsalma mədəniyyəti böyük tarixi irsə istinad edir:

“Əminik ki, mötəbər tədbir çərçivəsində ölkəmizə səfər edəcək xarici qonaqlarımızda Bakının və digər şəhərlərimizin timsalında milli memarlığımız və şəhərsalma ənənələrimiz barədə dolğun təəssürat yaranacaqdır. Vurğulamaq istərdik ki, müasir Azərbaycan dövlətçiliyinin ideoloji sütunlarını ucaldan, milli dirçəlişin sarsılmaz təməllərini qoyan Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, ölkəmizin şəhərlərinin estetik və funksional baxımdan yeni simasının yaradıcısı, milli memarlıq məktəbinin hamisi kimi tarixə düşmüşdür.

Müstəqillik illərində Ulu Öndərin müəllifi olduğu quruculuq xətti dövlətimizin qüdrətini və xalqımızın estetik zövqünü bütün dünyaya nümayiş etdirmişdir.

Ulu Öndərin şəhərsalma vizyonunun bu gün beynəlxalq səviyyədə təsdiqini tapmasının ən mühüm nümunələrindən biri də Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı qəbul edilmiş qərardır. WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Все новости