Din Azərbaycan ailəsini necə qoruya bilər? - İlahiyyatçı rektordan cavab

Din Azərbaycan ailəsini necə qoruya bilər? -  İlahiyyatçı rektordan cavab
14.05.2026 11:09

"Artıq iki ildir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) xüsusi layihə icra olunur. Layihənin əsas məqsədi Beynəlxalq Ailə Günü münasibətilə tələbələrin bu mövzudakı yanaşmalarını dinləmək və müzakirə etməkdir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov jurnalistlərə açıqlamasında deyib.  

O bildirib ki, layihə çərçivəsində tələbələr auditoriyada müəllim rolunda çıxış edərək dərslər keçir, Azərbaycanın milli düşüncə tərzi və milli kimliyində ailə dəyərlərinin oynadığı mühüm rolu təhlil edirlər:

“Bu mühazirələrdə ailə institutu psixoloji, sosioloji və teoloji aspektlərdən araşdırılır. Tələbələrin çıxışları institutun müəllim heyəti ilə yanaşı, ölkənin tanınmış ziyalıları tərəfindən də dinlənilir və hər bir mühazirədən sonra mövzu ətrafında geniş diskussiyalar təşkil olunur”.

Rektorun sözlərinə görə, layihənin strateji hədəfi milli ailə dəyərlərimizi gənc nəslə aşılamaqdır:

“Müasir dünyada ənənəvi ailə modelinə qarşı müxtəlif təhdidlərin mövcudluğu və bu dəyərlərin funksionallığının zəifləməsi fonunda, Azərbaycan ailəsinin öz tarixi köklərinə sadiq qalması xüsusi önəm kəsb edir. İlahiyyat İnstitutunun bu təşəbbüsü həm milli adət-ənənələrə söykənən, həm də müasir dövrün çağırışlarını nəzərə alan nümunəvi ailə modelini cəmiyyətə təqdim etmək məqsədi daşıyır.

Ümid edirik ki, tələbələrimizin bu mühazirələri gələcəkdə daha böyük layihələr üçün stimul olacaqdır. Hazırda institutda ailə dəyərləri ilə yanaşı, qadın hüquqları və erkən nikahların qarşısının alınması kimi aktual mövzularda da silsilə layihələr həyata keçirilir və bu fəaliyyətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq dəstəklənir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Все новости