Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir"

Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir"
05.08.2026 15:53

Xaricdə yaşayan bəzi şəxslərin dövlət əhəmiyyətli məsələləri daxili qarşıdurma mövzusuna çevirməyə çalışmasının milli maraqlara xidmət etmədiyini bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədli bu cür yanaşmaların cəmiyyətin birliyinə mənfi təsir göstərdiyini vurğulayıb.

TodayPress TV xəbər verir ki, deputat bildirib ki, ölkədən kənarda yaşamaq heç kəsə milli maraqları kölgə altına almaq haqqı vermir.

Onun sözlərinə görə, bəzən xaricdə yaşayan bəzi şəxslər özlərini daha yüksək səslə ifadə etməyi haqlı olmaq kimi təqdim etməyə çalışırlar:

"Halbuki milli maraqlar fərdi ambisiyalardan və şəxsi gündəmlərdən üstün tutulmalıdır. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli məsələlərdə necə sarsılmaz birlik nümayiş etdirə bildiyini bütün dünyaya göstərdi. Həmin dövrdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız siyasi baxışından, yaşadığı ölkədən və fərdi maraqlarından asılı olmayaraq vahid məqsəd ətrafında birləşərək Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdılar. Bu birlik Azərbaycanın gücünün və həmrəyliyinin ən parlaq nümunələrindən biri idi".

Parlamentarinin sözlərinə görə, hazırkı mərhələdə həmin birliyi zəiflətməyə hesablanmış cəhdlər müşahidə olunur.

"Dar şəxsi maraqlar, siyasi ambisiyalar və ya kənar təsirlər naminə dövlət əhəmiyyətli məsələləri daxili qarşıdurma mövzusuna çevirmək, cəmiyyətdə parçalanma yaratmağa çalışmaq nə dövlətə, nə xalqa, nə də gələcək nəsillərə xidmət edir. Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir".

Deputat qeyd edib ki, tənqid demokratik cəmiyyətin ayrılmaz hissəsidir, lakin bununla məqsədli dezinformasiya və manipulyasiya arasında ciddi fərq var.

"Dövlət əhəmiyyətli tədbirlərdə və beynəlxalq platformalarda məqsədi həqiqəti öyrənmək deyil, diqqəti yayındırmaq, qışqırmaq, qarşıdurma yaratmaq və siyasi şou nümayiş etdirmək nə jurnalist etikası, nə də vətəndaş məsuliyyəti ilə uzlaşır. Belə davranışlar sağlam ictimai müzakirəyə deyil, informasiya təxribatına xidmət edir. Beynəlxalq münasibətlərdə etibarlılıq illərlə formalaşan siyasi mövqe, ardıcıl diplomatik fəaliyyət və milli maraqlara əsaslanan məsuliyyətli yanaşma ilə qazanılır. Onu emosional çıxışlar və ya qısamüddətli informasiya kampaniyaları ilə əvəz etmək mümkün deyil".

Millət vəkili əlavə edib ki, yüksək səslə danışmaq və ya süni qalmaqal yaratmaq üstünlük hesab edilə bilməz:

"Bu gün diplomatiyanın, siyasi mədəniyyətin və peşəkar yanaşmanın zamanıdır. Kiminsə daha ucadan danışması və ya diqqət çəkməyə çalışması onun haqlı olduğu anlamına gəlmir. Haqlılığı müəyyən edən səsin ucalığı deyil, faktlar, beynəlxalq hüquq, arqument və milli maraqlara söykənən məsuliyyətli mövqedir. Dövlətçilik prinsipləri emosional qarşıdurmalar üzərində deyil, məsuliyyətli yanaşma əsasında formalaşmalıdır".

Ceyhun Məmmədli sonda qeyd edib ki, dövlətçilik səs-küy üzərində deyil, məsuliyyət, təmkin və milli maraqlara sadiqlik üzərində qurulur.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
05 августа 2026
ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Долгий перерыв окончен: Мудрик снова на зеленом поле! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Решение, которое изменит судьбу войны — Трамп поставил Зеленского в безвыходное положение 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 В жару обезвоживается не только тело, но и зубы 16:33 Муж Нигяр Фархад арестован 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Предупреждение для любителей летней рыбалки: что ждет нарушителей запретов? 15:24 Хикмет Гаджиев: Азербайджан никогда не позволит использовать свою территорию против соседней страны 15:12 Трагедия на поле: молния убила футболиста 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 Почему в жару пропадает желание общаться? — Ответ психолога 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Оползень раздавил машины — кто возместит ущерб водителям? 14:30 Все новости