Cəzanın müddətindən asılı olmayaraq azad ediləcək şəxslərin dairəsi açıqlandı

Cəzanın müddətindən asılı olmayaraq azad ediləcək şəxslərin dairəsi açıqlandı
16.12.2025 14:11

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, amnistiya tətbiqi nəticəsində təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcək şəxslərin dairəsi məlum olub.

TodayPress TV xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:

- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);

- bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları;

- Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

- 1948-1953-cü və 1987-1991-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər;

- 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər;

- 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları;

- Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

- İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);

- keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;

- Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş şəxslər və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);

- qadınlar;

- cinayət törədərkən 18 yaşına çatmamış şəxslər;

- bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər;

- bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;

- öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər.

Bu şəxslərdən başqa, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında" qanuna əsasən, barəsində amnistiya tətbiq edilməyənlər istisna ilə, aşağıdakı məhkumlar cəzadan azad ediləcəklər:

- yalnız böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;

- Həmin şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər;

- Bu şəxslərdən başqa, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər;

- ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər;

- intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər;

- azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər;

- hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxslər;

- islah işləri cəzasına məhkum edilmiş şəxslər;

- ictimai işlər cəzasına məhkum edilmiş şəxslər;

- əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;

- böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas və ya əlavə cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi üç min manatdan artıq olmayan miqdarda cərimə cəzasına məhkum edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi üç min manatdan artıq olmayan şəxslər;

- böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər;

- azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər.

Yuxarıda qeyd olunan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmayacaq, başlanılmış cinayət təqibinə isə xitam veriləcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Академик, сын расстрелянного Сталиным дворянина, возродивший нефтяную промышленность СССР: Мидхат Аббасов — 100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Все новости