Ceyhunə Hüseynova: "Hünərimizin beşinci ili mübarək!"

Ceyhunə Hüseynova:  "Hünərimizin beşinci ili mübarək!"
08.11.2025 15:24

Hünərimizin 5 ili mübarək olsun...

TodayPress TV xəbər verir ki, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynovanın Zəfərin 5 illiyinə həsr olunan məqalə yazıb:

Qürur və şərəf dolu möhtəşəm 5 il...

Cəsarət və ləyaqət dolu möhtəşəm 5 il...

Tarix baxımından qısa zaman kəsiyi olsa da xalqımızın, dövlətimizin və dövlətçilik tariximizin əsrlər boyu baş ucalığı və fəxarətlə xatırlayacağı qəhrəmanlıq salnaməsi...

44 günlük Vətən müharibəsində, ədalət savaşımızda qazanılan Qələbəmizin 5 ili tamam olur. Böyük qürur və sevinclə Qələbəmizin 5-ci ildönümünü bayramlarla qeyd edirik. Daha fərqli, daha şəstlə. Bayram tədbirlərimizi möhtəşəm edən isə təbii ki, işğaldan azad edilmiş ərazilərimizdə qurulan toy-büsatlar, qaynar həyatın canlanması, tarixi el-obalarımızın yenidən abadlaşdırılmasıdır.

2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi növbəti hərbi təxribatlar artıq müharibəni qaçılmaz etdi. Azərbaycan Silahlı Qüvvələri “Dəmir yumruq” əməliyyatı ilə 30 illik işğala son qoydu. 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyənatla Ermənistanın siyasi-hüquqi məğlubiyyəti təsdiqləndi və kapitulyasiyaya imza atdı. Şuşa şəhərinin işğaldan azad edilməsi tarixi isə Zəfər Günü elan edildi. 30 ilə yaxın bir zaman ərzində xalqımız öz torpaqlarının işğal altında olması ilə heç zaman barışmadı. Əmin idik ki, Qələbə bizimlə olacaq. Bu əminliyi bizə verən, inamımızı gücləndirən, bizi qələbələrə ruhlandıran, Ulu Öndər Heydər Əliyevlə başlanan, Prezident İlham Əliyevlə davam edən siyasət idi - uğurlu diplomatik, praqmatik siyasət. Məhz Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf yoluna çıxdı, möhtəşəm Zəfər üçün tarixi şəraitin formalaşmasına imkan yarandı. Bu inkişafdan irəli gələrək ordumuz tamamilə yenidən quruldu, döyüş imkanları ən yüksək səviyyəyə çatdırıldı, hərbi arsenalımız ən müasir silah və texnika ilə zənginləşdirildi. Səbr, mətinlik, əzm, birlik, həmrəylik və ədalətə olan inam bir yumruqda birləşərək “dəmir yumruğ”a çevrildi və bu gün alnıaçıq qeyd etdiyimiz Zəfərimizi bizə yaşatdı.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün çırpındığımız günlər artıq dünyanın hər bir yanından eşidilən mətin ayaq səslərimizlə əvəzlənib. Bu gün çoxmillətli və çoxkonfenssiyalı dövlətçilik siyasətimiz, ölkəmizin milli maraqlarından irəli gələn müstəqil siyasətimiz və bu siyasətin müəllifi İlham Heydər oğlu Əliyev kimi liderimiz var. Bu siyasətin təntənəsi isə Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.

Bu möhtəşəm bayram günlərinin əsas qəhrəmanları Vətənin imdadına zamanında yetişən qorxmaz, cəsur oğullarımızdır. Onlar xalqımızın adını ucalara yüksəldən, başımızı uca, alnımızı açıq edən, qəlbimizdə ölümsüzləşən şəhidlərimizdir. Onlar şəhidliyə yüksələrək bizə Qələbə əzmi yaşatdılar, böyük Zəfər bəxş etdilər. Bu gün azad edilmiş torpaqlarımız onların adı ilə əbədiləşir, hər Zəfər nəğməsi onların əzmi ilə yazılır. Minlərlə oğulun, minlərlə yurd həsrətli insanın dirənişi ilə zənginləşən, tarixləşən 44 gün artıq bütöv bir tarixdir. Bir xalqın, bir millətin Zəfər tarixi. Azad edilmiş o torpaqlara qayıdışımızda şəhidlərin ruhları da bizimlə birgə səssiz yürüyürlər. Onların ayaq izləri ilə çəkilən döyüş yollarında birgə addımlayırıq - şəhidlər və biz... İndi o torpaqların hər daşında onların ruhunun toxunuşu, hər bulağında onların əllərinin istisi, hər udum havasında səssiz nəfəsləri var. O torpaqların hər çiçəyi, hər ağacı onların ruhuna səcdə edir. Bundan sonra əsrlər boyu sizə baş əyib, sizin ruhunuza minnətdar olacağıq - bu Zəfəri bizə yaşadan oğullar.

Milli qüdrətimizin və tarixi ədalətin təntənəsi, suverenliyimizin bərpası, qürur dolu beş ilimiz mübarək olsun! Yalnız hərbi qələbənin deyil, həm də dövlətçilik ideyasının möhkəmlənməsi, suverenliyimizin tam bərpası kimi əzəmətli məqamları özündə birləşdirən 5 ilimiz mübarək olsun!

Bu Zəfər Azərbaycanın müasir tarixində dövlətin gücünü, xalqın birliyini və liderin əzminin vəhdətini nümayiş etdirdi. Qarabağda, Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə dalğalanan üçrəngli bayraq bu həqiqətin simvoludur.

Bərpa və dirçəlişimizin başlanğıcının 5 ili mübarək olsun! Biz xalq kimi sübut etdik ki, sülh yaratmaq da müharibə aparmaq qədər böyük hünər tələb edir. Hünərimizin 5 ili mübarək olsun!

Beş il əvvəl sübut etdik ki, Azərbaycan dövləti güclüdür, xalqı həmrəydir. Güclü həmrəyliyimizin 5 ili mübarək olsun!

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Все новости